Menu
Xəbər Lenti
Qubada zəlzələ oldu
10-12-2025, 05:16

Qubada zəlzələ oldu

Azərin əməliyyat olundu
8-12-2025, 05:10

Azərin əməliyyat olundu

12 Ara 05:10Manşet / Sosial

Bakıda qəzaya uğrayan maşın qaz borusuna çırpıldı - 3 nəfər yaralandı

bakida-qezaya-ugrayan-masin-qaz-borusuna-cirpildi

Bakının Nizami rayonunda ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb.

“Qafqazinfo” APA-ya istinadən xəbər verir ki, qəza Bəkir Çobanzadə küçəsində baş verib.

Belə ki, “Volkswagen” və “Porsche” markalı avtomobillər toqquşub, nəticədə nəqliyyat vasitələrindən biri qaz borusuna çırpılaraq aşıb. Hər iki avtomobilin yanması müşahidə olunub.

“Porsche”nin ayıq sürücü tərəfindən idarə edildiyi bildirilir.

Hadisə zamanı ümumilikdə 3 nəfər yaralanıb. Onlardan ikisinə hadisə yerində tibbi yardım göstərilib. “Porsche”nin sürücüsündə çanaq sümüyünün sınığı müəyyən edildiyi üçün xəstəxanaya yerləşdirilib.