Menu
Xəbər Lenti
Pezeşkian onlarla görüşdü
17-02-2026, 04:58

Pezeşkian onlarla görüşdü

GƏNCLƏRİMİZİ TANIYAQ
16-02-2026, 07:52

GƏNCLƏRİMİZİ TANIYAQ

19 Şub 05:23Manşet / Cəmiyyət

Ramazanda düzgün qidalanma qaydaları

ramazanda-duzgun-qidalanma-qaydalari

Bu gündən müsəlman aləmində “on bir ayın sultanı” adlandırılan Ramazan ayı başlayır. Orucluq dövründə düzgün qidalanma həm gün ərzində enerjini qorumaq, həm də sağlamlığı saxlamaq baxımından xüsusi əhəmiyyət daşıyır.

“Qafqazinfo” xəbər verir ki, mütəxəssislərin fikrincə, imsak vaxtı insanı uzun müddət tox saxlayan və orqanizmdə maye balansını qoruyan qidalara üstünlük verilməlidir.

Həzm sistemində problem yaşamamaq və qanda şəkərin səviyyəsini sabit saxlamaq üçün liflə zəngin məhsullar daha məqsədəuyğundur. Yumurta, süd və süd məhsulları, eləcə də, yulafdan hazırlanan yeməklər toxluq hissini daha uzun müddət təmin edir. Duzlu, həddindən artıq ədviyyatlı və boyat qidalar isə rasiondan çıxarılmalıdır.

İftar zamanı da qidalanma qaydalarına diqqət yetirmək vacibdir. Gün boyu ac qalan mədəni yormamaq üçün orucu ilıq su ilə açmaq tövsiyə olunur. Quru və ağır yeməklərə dərhal başlamaq əvəzinə, əvvəlcə sulu yeməklər qəbul etmək daha faydalıdır. Yağlı, qızardılmış, souslu, xəmir xörəkləri və acılı-ədviyyatlı yeməklərin iftar süfrəsində azaldılması məsləhətdir. Maye kimi süd, ayran və az şəkərli kompot daha uyğun seçimdir.

Mütəxəssislər yeməkdən dərhal sonra şirniyyat qəbulunu düzgün hesab etmirlər, çünki bu, artıq çəkiyə səbəb ola bilər. İftarla imsak arasında isə fasilələrlə kifayət qədər maye qəbul etmək orqanizmin su balansını qorumağa kömək edir.