Menu
Xəbər Lenti
Bu rayonda işıq olmayacaq
18-02-2026, 05:14

Bu rayonda işıq olmayacaq

Yer kürəsi “ölür”?
18-02-2026, 05:05

Yer kürəsi “ölür”?

Pezeşkian onlarla görüşdü
17-02-2026, 04:58

Pezeşkian onlarla görüşdü

20 Şub 05:19Manşet / Cəmiyyət

Şəkəri nəfəslə ölçən cihaz hazırlandı

sekeri-nefesle-olcen-cihaz-hazirlandi

Türkiyənin Aksaray Universiteti (ASU) qan şəkərini nəfəslə ölçən sensor sistemi hazırlayıb.

“Qafqazinfo” xəbər verir ki, ASU-nun Elektrik və Elektronika Mühəndisliyi kafedrasının müəllimi, professor Dr. İsmayıl Bayraklı tərəfindən hazırlanan və nəfəs analizinə əsaslanan sistem, dünyada diabeti nəfəslə izləyə bilən yeganə sensordur.

Belə ki, beynəlxalq standartlara uyğun olaraq aparılan sınaqlarda 100% dəqiqlik dərəcəsinə malik olan sistem, oksigen əsaslı analiz metodu vasitəsilə ölçmə üçün istifadə edilən xərcləri əhəmiyyətli dərəcədə azaldır.

İsmayıl Bayraklı bildirib ki, diabet xəstələri gündəlik şəkər səviyyələrini yoxlamaq üçün iynələrdən istifadə edirlər və barmaqlarının uclarını deşmək məcburiyyətində qalırlar.

“Bu, həqiqətən ağrılı bir üsuldur. Xüsusilə kiçik uşaqlar üçün daha da çətindir. Yeni üsul istifadə edildikdə artıq barmaq deşmələrinə ehtiyac qalmayacaq. Diabet monitorinqi sadəcə nəfəs analizi ilə edilə biləcək”, - deyə o əlavə edib.