Ailəsi ilə Ağdam şəhərinə qayıdan Fazilə Novruzova: "Anamla çıxdığımız torpağıma anamsız dönmək qismət oldu"
Rəşad İsmayılov nazir təyin edildikdən sonra Qafar Ağayev qanunsuz əməllərini davam etdirir?
Hikmət Hacıyev: "Azərbaycan və Serbiya regionlararası əməkdaşlıqda da mühüm rol oynayır"
Ramiz Mehdiyev və Əli Kərimli ilə bağlı yeni sübutlar hansı gizli əlaqələri üzə çıxardı?
“Gənclərin Gözü ilə Konstitusiya və Heydər Əliyev İrsi” layihəsi uğurla başa çatıb
Prezident İlham Əliyev: "Dost ölkə və etibarlı strateji tərəfdaşımız olan Serbiya ilə münasibətlərimizin hazırkı səviyyəsi məmnunluq doğurur"
İlham Əliyevin sosial şəbəkə hesablarında Almaniya səfəri ilə bağlı görüntülər paylaşılıb
ABŞ Suriyadakı bütün hərbçilərini çıxarır

ABŞ ordusu yaxın iki ay ərzində Suriyada qalan təxminən 1000 hərbçisini tamamilə ölkədən çıxarmağa hazırlaşır.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “The Wall Street Journal” (WSJ) nəşri üç ABŞ rəsmisinə istinadən məlumat yayıb.
Bildirilir ki, Pentaqon Suriyada mövcud olan bütün hərbi kontingentin mərhələli şəkildə geri çəkilməsini planlaşdırır və prosesin iki ay ərzində başa çatdırılması nəzərdə tutulur.
Məlumata görə, çıxarılma tamamlandıqdan sonra ABŞ-nin Suriyadakı təxminən 10 illik hərbi mövcudluğu sona çatmış olacaq.
Rəsmilərdən ikisi qeyd edib ki, ABŞ ordusu bu ayın əvvəlində Suriya-İordaniya-İraq sərhədində yerləşən strateji Ət-Tənf qarnizonu və Suriyanın şimal-şərqindəki Şəddadi Hava Bazasından çıxarılmanı başa çatdırıb.
Hesabatda qeyd edilir ki, Donald Trump administrasiyası YPG-nin “demək olar ki, tamamilə parçalanması” səbəbindən ABŞ-nin Suriyadakı hərbi mövcudluğunu artıq zəruri hesab etmir.
Digər bir ABŞ rəsmisi isə Vaşinqtonun yeni mərhələdə Suriya Prezidenti Əhməd əl-Şaraanın administrasiyası ilə daha yaxın diplomatik münasibətlər qurmağı və ölkə daxilində mümkün təhdidlərə qarşı prosesi diplomatik kanallar vasitəsilə idarə etməyi planlaşdırdığını bildirib.





















































