Menu
Xəbər Lenti
Pezeşkian onlarla görüşdü
17-02-2026, 04:58

Pezeşkian onlarla görüşdü

GƏNCLƏRİMİZİ TANIYAQ
16-02-2026, 07:52

GƏNCLƏRİMİZİ TANIYAQ

19 Şub 05:25Manşet / Dünya

“Biz təslim olmayacağıq”

biz-teslim-olmayacagiq

İran Prezidenti Məsud Pezeşkian ABŞ-ni müxtəlif ölkələrin təbii sərvətlərini ələ keçirməyə çalışmaqda ittiham edib və İranın qarşıdurma tərəfdarı olmadığını bildirib.

“Qafqazinfo”nun məlumatına görə, dövlət başçısı bu barədə səfərdə olduğu Lorestan əyalətində vətəndaş cəmiyyəti nümayəndələri ilə görüşü zamanı danışıb.

Pezeşkian ABŞ-nin İranda demokratiya ilə bağlı narahatlıq ifadə etməsini aldadıcı adlandırıb:

“ABŞ açıq şəkildə Venesuelanın neftini ələ keçirmək istədiyini bildirib. Kanada və digər ölkələrə qarşı da oxşar münasibət sərgiləyir. Biz mübarizə aparmaq istəmirik. Hesab edirəm ki, müharibəni kənara qoymalıyıq. Lakin zor tətbiq olunarsa, biz təslim olmayacağıq”.