Menu
Xəbər Lenti
Rasim Balayev vəfat etdi
29-03-2026, 17:11

Rasim Balayev vəfat etdi

Yeni layihəsi bəlli oldu
29-03-2026, 09:53

Yeni layihəsi bəlli oldu

02 Nis 06:25Manşet / Dünya

600 dron mütəxəssisi işə götürəcəklər

600-dron-mutexessisi-ise-goturecekler

Niderland ordusu döyüş qabiliyyətini artırmaq məqsədilə pilotsuz uçuş aparatlarına diqqəti gücləndirir.

“Qafqazinfo” Niderland Müdafiə Nazirliyinin məlumatına istinadən xəbər verir ki, ilkin mərhələdə orduya 600 dron mütəxəssisinin cəlb edilməsi planlaşdırılır.

Bildirilir ki, müasir döyüş meydanında dronlardan effektiv istifadə və onlara qarşı mübarizə aparmaq artıq zərurətə çevrilib. Bu addımın əsas məqsədi yeni mütəxəssislərin köməyi ilə ordunun texnoloji imkanlarını genişləndirmək və döyüş gücünü artırmaqdır.

Qeyd olunur ki, ölkənin cənubunda yerləşən Oyrsxot şəhərində keçirilən “dron günü” proqramı bu istiqamətdə atılan addımları nümayiş etdirib. Tədbir çərçivəsində orduda dron texnologiyalarının rolu və gələcək planlar təqdim olunub.

Açıqlamada həmçinin vurğulanır ki, NATO ölkələrinin hərbçiləri uzun müddətdir bu texnologiyalardan istifadə edir və xüsusilə Ukrayna müharibəsi zamanı dronların geniş tətbiqi onların əhəmiyyətini daha da artırıb.

Niderland Baş Qərargah rəisi, general Onno Ayxelsheym bildirib ki, ölkə həm dronlardan qorunmağı, həm də onları effektiv şəkildə istifadə etməyi bacarmalıdır. Onun sözlərinə görə, sürətli innovasiya bu sahədə üstünlük qazanmağın əsas şərtidir.