Xəbər Lenti
24-07-2026, 10:16
Azərbaycan–Almaniya arsında strateji dialoq və münasibətlərin yeni siyasi platforması
23-07-2026, 15:41
Lökbatan hövzəsi üzrə gətirici kanalizasiya kollektoru və tullantı sutəmizləyici qurğu tikilir
22-07-2026, 19:16
Xətai rayon İcra Hakimiyyətində 22 İyul – Azərbaycan Milli Mətbuatı və Jurnalistika Günü münasibətilə tədbir keçirilib.
22-07-2026, 12:30
Jalə Ağakişi: Milli mətbuatın inkişafı dövlətçiliyimizin və milli düşüncəmizin ayrılmaz tərkib hissəsidir
Ukrayna sərhəddə minalar basdırır - İddia

“Ukrayna “Dnestryanı Respublika” ilə sərhəddə mühəndis qurğuları yerləşdirir və minalar basdırır”.
“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu iddia ilə tanınmamış respublikanın Dövlət Təhlükəsizliyi Nazirliyinin “rəhbər”i Valeri Qebos çıxış edib.
Onun sözlərinə görə, Kiyev sərhəd boyunca minalardan əlavə, tank əleyhinə beton “əjdaha dişləri”nin yerləşdirilməsini və tikanlı məftilərin çəkilməsini həyata keçirib. Bununla belə, Ukrayna tərəfinin tanınmamış respublika ilə sərhəddə hər hansı digər aktiv hərəkətlərinin müşahidə edilmədiyi qeyd olunub.























































