Azərbaycan–Almaniya arsında strateji dialoq və münasibətlərin yeni siyasi platforması
Lökbatan hövzəsi üzrə gətirici kanalizasiya kollektoru və tullantı sutəmizləyici qurğu tikilir
Xətai rayon İcra Hakimiyyətində 22 İyul – Azərbaycan Milli Mətbuatı və Jurnalistika Günü münasibətilə tədbir keçirilib.
Jalə Ağakişi: Milli mətbuatın inkişafı dövlətçiliyimizin və milli düşüncəmizin ayrılmaz tərkib hissəsidir
Əmanətlərin Sığortalanması Fondunun rəsmiləri EFDI-ın illik görüşündə iştirak edib
"Merhemet.TV"-nin rəhbəri Gülnara Həmidova: Milli mətbuat cəmiyyətin inkişafının və həqiqətin ən etibarlı tribunasıdır
“Bu ölkələrə getməyin” - ABŞ-dən xəbərdarlıq

ABŞ Dövlət Departamenti regionda artan gərginlik fonunda Yaxın Şərq ölkələri üçün səyahət xəbərdarlığı yayıb.
“Qafqazinfo”nun məlumatına görə, Departamentin açıqlamasında bildirilib ki, yüksək gərginlik səbəbindən təhlükəsizlik mühitində davam edən mürəkkəblik və sürətli dəyişikliklər nəzərə alınaraq, bölgədə yaşayan və ya səfər etməyi planlaşdıran ABŞ vətəndaşlarına ehtiyatlı olmaları tövsiyə edilir.
Məlumata görə, ABŞ-nin səyahət tövsiyələri sistemində “Səyahəti yenidən nəzərdən keçirin” mənasını verən 3-cü səviyyə xəbərdarlığı Bəhreyn, İsrail, İordan çayının Qərb sahili, İordaniya, Küveyt, Oman, Qətər, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri üçün qüvvədə saxlanılıb.
Bununla yanaşı, “Səyahət etməyin” çağırışını ifadə edən 4-cü səviyyə xəbərdarlığının İran, İraq, Livan, Suriya, Qəzza zolağı və Yəmən üçün qüvvədə qaldığı bildirilib.
ABŞ rəsmiləri bölgədəki təhlükəsizlik vəziyyətinin sürətlə dəyişə biləcəyini vurğulayaraq, vətəndaşlara rəsmi xəbərdarlıqları izləməyi və səyahət planlarını diqqətlə nəzərdən keçirməyi tövsiyə ediblər.























































