Lökbatan hövzəsi üzrə gətirici kanalizasiya kollektoru və tullantı sutəmizləyici qurğu tikilir
Cənubunsəsi xəbər portalının təsisçisi və baş redaktoru Mərhəmət Lələyev təltif edildi
GİKM TƏRƏFİNDƏN REGİONLARDA SÜNİ İNTELLEKT MÖVZUSUNDA MAARİFLƏNDİRİCİ SESSİYALAR KEÇİRİLİB
“Husilərə görə İranı vuracağıq” - Trampdan xəbərdarlıq
ABŞ Yəmənin “Ənsar Allah” (husilər) hərəkatının hücumlarına görə İrana zərbələr endirəcək.
“Qafqazinfo” xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp “Truth Social” sosial şəbəkəsində etdiyi paylaşımda yazıb.
“Qoy “Truth Social”dakı bu yazı onlara (husilərə - red.) xəbərdarlıq olsun! Əgər onlar bunu bir daha etsələr, Birləşmiş Ştatlar İranı məsul hesab edəcək, çünki husilər İranın təmsilçiləri və yaxud əlaltılarıdır. İranı və əlbəttə ki, məni çox məyus etmiş husiləri hərbi cəza gözləyir. Onlar (husilər – red.) indiyə qədər çox peşəkar və müdrik davranırdılar”, - ABŞ lideri yazıb.
Tramp bu xəbərdarlığın husilərin Səudiyyə Ərəbistanına məxsus iki gəmiyə endirdiyi zərbələrlə bağlı olduğunu qeyd edib.
Qeyd edək ki, iyulun 20-də husilər Səudiyyə Ərəbistanına qarşı dəniz blokadası elan ediblər. İyulun 23-nə keçən gecə isə onlar Bab əl-Məndəb boğazının blokadasını pozmağa çalışan Səudiyyə Ərəbistanının iki neft tankerinə hücum ediblər. Ballistik raketlər və pilotsuz uçuş aparatları ilə həyata keçirilmiş hücumlar nəticəsində gəmilərdə yanğınlar baş verib.






















































