Xəbər Lenti
Dün, 10:22
Özünü qadına görə güllələdiyi deyilən Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
Dün, 10:10
İcma Avropa Parlamentinin Azərbaycana qarşı sanksiyalar tətbiq etməyə çağıran qətnaməsini pisləyib
25-04-2024, 12:01
Cəlil Xəlilov: “Bu, Prezidentimizin Ermənistan və onu silahlandıran dövlətlərə növbəti xəbərdarlığıdır”
24-04-2024, 06:05
Beyləqanda DƏHŞƏTLİ CİNAYƏT: Ferma sahibi toyuq hinində çobanın arvadına təcavüz etdi
AzMİU əməkdaşları Heydər Əliyev zirvəsini fəth etdilər
15 iyun Milli Qurtuluş Günü münasibəti ilə Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) əməkdaşları zəmanəmizin dahi şəxsiyyəti, müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin adını daşıyan “Heydər zirvəsi”nə yürüş ediblər. Əməkdaşlarımız Azərbaycanın ən yüksək yaşayış məntəqəsi olan Xınalıq kəndindən piyada start götürüb, dəniz səviyyəsindən 3751 yüksəklikdə yerləşən zirvəni fəth ediblər.
AzMİU-nun Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Orxan Naqdiyev, Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Bayram Aslanov, İtaliya-Azərbaycan Dizayn Mərkəzinin direktoru Fərid Kərimov Azərbaycan bayrağını “Heydər Əliyev zirvəsi”ndə dalğalandırıblar. Böyük Qafqazın Başdağ silsiləsinin Qızıl Qaya massivinin mürəkkəb relyefinə baxmayaraq ümummili liderin adını daşıyan zirvəyə qalxan əməkdaşlarımız Ulu öndərin barelyefi önünə gül dəstələri düzüb, əziz xatirəsini ehtiramla yad ediblər.