Menu
Xəbər Lenti
“Napoli” finala yüksəldi
19-12-2025, 05:14

“Napoli” finala yüksəldi

10 istiqamətdə tıxac var
18-12-2025, 05:32

10 istiqamətdə tıxac var

Faydası qabığında imiş...
18-12-2025, 05:15

Faydası qabığında imiş...

NASA-nın rəhbəri o seçildi
18-12-2025, 05:07

NASA-nın rəhbəri o seçildi

Quterreş ona zəng etdi
18-12-2025, 05:04

Quterreş ona zəng etdi

Zakir Qaralova ağır itki
16-12-2025, 07:03

Zakir Qaralova ağır itki

06 Kas 11:41Manşet / Hadisə

MDU-da İrəvan Müəllimlər Seminariyasının 140 illiyinə həsr olunmuş elmi-praktik konfrans keçirilib

MDU-da İrəvan Müəllimlər Seminariyasının 140 illiyinə həsr olunmuş elmi-praktik konfrans keçirilib

Mingəçevir Dövlət Universitetində (MDU) İrəvan Müəllimlər Seminariyasının 140 illik yubileyinə həsr olunmuş “Azərbaycan təhsil tarixinin şərəfli səhifəsi“ mövzusunda elmi-praktik konfrans keçirilib. Tədbirdə MDU-nun bir qrup akademik və inzibati heyət üzvü, tələbə və magistrantları iştirak edib.

MDU-dan bildiriblər ki, konfransın açılışında çıxış edən Təhsil fakültəsinin dekanı Nizami Zeynalov İrəvan Müəllimlər Seminariyasının təhsilin inkişafına, elmi, ədəbi və mədəni mühitin zənginləşməsinə verdiyi əvəzsiz töhfələrdən danışıb. Qeyd edilib ki, milli müəllim kadrları hazırlayan seminariyanın yubileyinin dövlət başçısının müvafiq Sərəncamına əsasən respublika səviyyəsində qeyd edilməsi mühüm tarixi-siyasi əhəmiyyət daşıyır.

MDU-nun Elm və innovasiyalar şöbəsinin müdiri Vüqar Mustafayev vaxtilə azərbaycanlıların üstünlük təşkil etdiyi İrəvan mahalında dünyəvi təhsil verən yeni tipli məktəbin açılmasının önəmindən bəhs edib. Azərbaycan məktəb və pedaqoji fikir tarixində xüsusi xidməti olmuş İrəvan Müəllimlər Seminariyasının 40 ilə yaxın fəaliyyət dövrünün öyrənilməsi və təbliğinin zəruriliyini diqqətə çatdıran şöbə müdiri konfransın əhəmiyyətini vurğulayıb.

Sonra konfransın proqramına uyğun olaraq məruzələr dinlənilib.

MDU-nun Humanitar fənlər kafedrasının müəllimlərindən Mətanət Yusifova “XIX əsrin sonları-XX əsrin əvvəllərində Cənubi Qafqazda tarixi şərait”, Gülər Əjdərzadə “İrəvan Müəllimlər Seminariyasının yaradılması zərurəti”, Ülviyyə Verdiyeva “Azərbaycan təhsil tarixində İrəvan Müəllimlər Seminariyasının rolu və əhəmiyyəti”, Mirzə Cavadov “İrəvan Müəllimlər Seminariyasının məzunları”, Tahirə Quliyeva “İrəvan Müəllimlər Seminariyasının bağlanması səbəbləri” və Psixologiya və pedaqogika kafedrasının dosenti Sahib Məmmədov “Müəllim hazırlığında yeni yanaşma: ənənə yaşayır” mövzularında məruzələrlə çıxış ediblər.

İştirakçılar tərəfindən maraqla qarşılanan məruzələr ətrafında geniş müzakirələr aparılıb.

Qeyd edək ki, MDU-da əlamətdar hadisələrə həsr olunan tədbirlərin keçirilməsinə xüsusi diqqət yetirilir, tələbə gənclərin vətənpərvərlik ruhunda yetişdirilməsi məqsədilə müvafiq maarifləndirmə və təbliğat işlərinin gücləndirilməsinə önəm verilir.