Xəbər Lenti
Dün, 09:00
Rusiya rəsmisi: "Ermənistanın Aİ ilə yaxınlaşması müttəfiqlik münasibətlərimizə mənfi təsir edəcək"
Dün, 08:55
Şəkidə ana və oğlunu narkotiklə şərləməkdə təqsirləndirilən tanınmış iş adamı həbs olundu
Dün, 08:51
Agentlik sədri: "2030-cu ilədək 14 regional DOST mərkəzinin istifadəyə verilməsi planlaşdırılır"
Dün, 08:33
Nəsimi Nəbizadə ilə gündəmə gələn reabilitasiya mərkəzinin rəhbəri və iki əməkdaşı saxlanıldılar
15 Ara 20:55Mədəniyyət
Şit zarafat, bayağı gülüş, yoxsa bisavadlıq? - Əməkdar artist QƏZƏBLƏNDİ
İndiki komediyalar əvvəlki illərlə müqayisədə cılızlaşıb. Bunun da səbəbləri var. Aktyor plastilin kimidir, onu yönləndirmək üçün yaxşı rejissor lazımdır. Amma hər rejissor bunun öhdəsindən gələ bilmir. Rejissorlarımız bunu istəmir və çox tənbəldirlər”.
Bunu “Bugünkü komediyalar əvvəlki illərdə olduğu kimi tamaşaçını güldürməklə bərabər düşündürə bilirmi?” sualını cavablandırarkən tanınmış aktyor, Əməkdar artist Çingiz Əhmədov Yenicag.az-a açıqlamasında deyib.
Aktyor hesab edir ki, keyfiyyətli gülüş üçün ilk növbədə səhnə əsərləri yazılmalıdır:
“Keyfiyyətli komediya üçün ilk növbədə ssenarilər yazan yazıçılar olmalıdır. Sovet dönəmində Seyfəddin Dağlı, Salam Qədirzadə və digər məşhur dramaturqlar var idi və gözəl səhnə əsərləri yazırdılar. O səhnə əsərləri əsasında da keyfiyyətli komediyalar təqdim olunurdu. Bu gün teatrda o komediyaları görə bilmirik. Çünki bunun üçün səhnə əsərləri yazılmalıdır. Amma indi bu sahədə yazan yazarlar barmaqla sayılacaq qədər azdır. Vaxtilə gözəl səhnə əsərləri var idi, tamaşalar hazırlanırdı. Tamaşaçılar o səhnəcikləri istər efirdən, istərsə də teatrda, görüşlərdə maraqla izləyirdilər. Mən Hacıbaba Bağırovun teatrında çalışanda o, mənə komediyanın bütün incəliklərini öyrədirdi. Hətta yadımdadır ki, bir dəfə Musiqili Teatrdan küsüb getdim, amma Hacıbaba müəllim məni yenidən teatra qaytardı. Çünki mənə çox inanırdı”.