Sirab kənd məktəbində qanunsuzluq iddiaları: müəllimlərdən aylıq pul alındığı bildirilir
Naxçıvanda muzeyin fəaliyyəti ilə bağlı ciddi iddialar səsləndirilir – 300 illik eksponat məsələsi araşdırılmalıdır
Tahir Budaqovla yeni inkişaf modelinə qədəm qoyan Nəsimi rayonu- görülən işlər, atılan addımlar...
Elxan Rza: “Dövrün Kefli İsgəndərini tapmaq, ona yeni nəfəs vermək mənim üçün çox maraqlı çağırış olardı”
"Bu, İrəvanın Moskva ilə münasibətlərinə ciddi ziyan vurur" - Zaxarova

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Rusiya-Ermənistan forumunun iştirakçılarını salamlayarkən bildirib ki, Moskva Rusiya Federasiyası ilə Ermənistan arasında düşmənçiliyi qızışdırmaq cəhdlərini qəbuledilməz hesab edir.
REN TV xəbər verir ki, o, həmçinin “Sputnik Ermənistan”ın köşə yazarı Aşot Gevorkyan və bloger Mikael Badalyanın saxlanmasını ölkələr arasında münasibətləri qaralmağa yönəlmiş təxribat adlandırıb.
Bundan əlavə, Zaxarova Ermənistanda Rusiyanı gözdən salmaq, həmçinin KTMT və Aİİ-yə "ləkələmək" gündəliyi ilə çıxış edən qərbyönlü media strukturlarının artmasına diqqət çəkib. Diplomat qeyd edib ki, Ermənistanın qanunu pozmayan rus fiqurlarını ölkəyə buraxmaqdan imtina etməsi İrəvanın Moskva ilə münasibətlərinə ciddi ziyan vurur.






















































