Menu
Xəbər Lenti
12 Ekm 13:16Cəmiyyət

65 və daha yuxarı yaş qrupu gənclərdən çox olacaq - ÜST

65 və daha yuxarı yaş qrupu gənclərdən çox olacaq - ÜST

2024-cü ilə qədər Avropa ölkələrində 65 və yuxarı yaşda olan insanların sayı 15 yaşa qədər olan gənc əhalidən çox olacaq.
Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının “ÜST-nin Avropa regionunda sağlam qocalma üçün fiziki aktivliyin və sağlam pəhrizin təşviqi” adlı hesabatında bildirilib.
Qeyd edilib ki, bu tendensiya qocalmış əhalinin təsirini azaltmaq üçün sağlam yaşlanmaya diqqət yetirməyi tələb edən yeni sosial, iqtisadi və sağlamlıq problemləri deməkdir.
Yeni hesabatda fiziki fəaliyyətin və pəhriz keyfiyyətinin insanların sağlamlığına təsir edən əsas amillər kimi əsas rolu vurğulanıb. Məlumata görə, orta səviyyədə idman və sağlam qidalanma ürək-damar xəstəliklərinin, xərçəngin, şəkərli diabetin, demensiyanın, psixi pozğunluqların və digər qeyri-infeksion xəstəliklərin qarşısını alır.
Sənəddə, həmçinin deyilir ki, yaşlı əhalinin yaratdığı kəskin işçi çatışmazlığı səbəbindən qanuni immiqrasiya və üçüncü ölkə vətəndaşlarının səmərəli inteqrasiyası həyati əhəmiyyət kəsb edir.