Xəbər Lenti
24-12-2024, 10:37
Beynəlxalq Hüquq Eksperti İsmayıl Zalov: Azərbaycan Polisi, Avropa Polisinə Nümunədir! – FOTO+VİDEO
23-12-2024, 13:11
Vətəninə və dövlətinə sadiq xanım,məsuliyyət nümunəsi Könül Nəbizadə növbəti dəfə təftif edilib
03 Ara 16:13Cəmiyyət
Qəhrəmanlıq duyğularının çalarları
Əlilliyi olan 300-ə yaxın şəxsin iştirak etdiyi Beynəlxalq Əlillər Gününə həsr olunmuş festival çərçivəsində təşkil olunan sərgi və yarmarkada müxtəlif rəsm əsərləri, əl işləri, suvenirlər nümayiş olunurdu. Həmin əl işləri arasında vətənpərvərlik üslubunda işlənilmiş əsərlər xüsusilə diqqəti cəlb edirdi.
Sərgi-yarmarkada əl işləri ilə təmsil olunanlardan biri - ikinci qrup əlil Nigar Vəliyevanın yaradıcılıq təxəyyülünün məhsulu olan əsərlər xüsusilə maraq doğurur. O, AZƏRTAC-ın müxbiri ilə söhbətində bildirib ki, indiyədək bir çox rəsm əsərləri çəksə də, Vətən müharibəsindən sonra hazırladığı əl işləri onun üçün xüsusi məna kəsb edir: “2020-ci ilin iyulunda baş verən Tovuz hadisələri xalqımızın səbir kasasını daşdırdı. Hamının qəlbində ölüm-dirim savaşına qalxmaq, illərdən bəri qəlbimizi didib-parçalayan yurd həsrətinə son qoymaq, qisas almaq hissi baş qaldırmışdı. O zaman sanki hiss etdim ki, paytaxt küçələrinə sığışmayan bu axın gec-tez yağı tapdağında inləyən Qarabağa üz tutacaq, əsarətdə olsa da, doğma sakinlərinin yoluna göz dikən Şuşaya qədər gedəcək. Yanılmadım, o vaxt düşündüklərim, ürəyimdən keçənlər gerçək oldu. Azərbaycan Milli Ordusunun sentyabrın 27-də başlanan döyüş yolu 44 gündən sonra Qarabağın tacı olan Şuşaya üçrəngli Azərbaycan bayrağının sancılması ilə başa çatdı. Nəhayət noyabrın 8-də Prezident, Ali Baş Komandan İlham Əliyev Şuşanın azad edilməsi müjdəsini verəndə milyonlarla azərbaycanlı kimi mənim də sevincim sərhəd tanımadı, arzularım gerçəyə, xəyallarım həqiqətə çevrildi. Düşündüm ki, bu böyük Qələbəyə hərə öz töhfəsini verməlidir. Mənim əlimdən də nə gəlir? Fırçaya, kətana əl uzatdım. Zəfər müjdəsini eşidən andan beynimdə mövzular doğulmağa başladı. Hər gün həmin mövzular üzərində işləyərək onları rənglərin dili ilə təqdim etdim. Təsvirlər bir-birini əvəz etdi, sinəmdə isə müharibə ilə bağlı mövzular tükənmək bilmirdi”.
Nigarın sərgidə nümayiş etdirdiyi əsərlərə tamaşa edirik. Rəsmlərdən birində ulu öndər Heydər Əliyevlə Prezident İlham Əliyev Şuşa qalasının önündə təsvir olunub. Digər bir rəsmdə Prezident İlham Əliyevlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan əks olunub. General-mayor Polad Həşimov, Vətən müharibəsi şəhidi Xudayar Yusifzadə, müharibədə topçu kimi məşhurlaşan Vüsal Şahkərimov və xüsusi təyinatlı hərbi qulluqçuların əks olunduğu rəsm əsəri çox canlı və təsirli alınıb. O, öz yaradıcılıq məhsullarını çəkdiyi əsərləri belə izah edir: “Yaşadığım duyğuları, keçirdiyim hissləri çəkdiyim rəsmlərə köçürməyə çalışıram. Uzun illər düşmən əsarətində qalan torpaqlarımızın qəhrəman oğulların göstərdiyi misilsiz şücaət nəticəsində azad olunması duyğularımı daha da coşdurur. Strateji yüksəklikdə yerləşən, müasir hərbi texnikanın gücündən istifadə etmədən hündür dağları, sıldırım qayaları, sıx meşələri keçərək qala divarları içərisində yerləşən Şuşanın azad edilməsi isə xüsusilə möhtəşəmdir. Onların bu qəhrəmanlığını düşünəndə, gözlərim önünə gətirəndə duyğulanıram. Əlbəttə, bu qəhrəmanlığı əks etdirməyə fırça da, boya da acizdir. Hər qarışı igidlərin qanı ilə suvarılan Qarabağ torpağı bizim üçün bu qəhrəmanlığın ünvanı kimi də əzizdir, müqəddəsdir. Hər dəfə kətan önünə keçəndə bu qəhrəmanlığı, igidlik nümunəsini canlandırmağa çalışıram. Elə rənglər, elə boyalar seçmək istəyirəm ki, onların vətənsevərliyini, yurda olan məhəbbətini, rəşadətini mümkün qədər dolğun və təsirli verə bilim. Buna az-çox nail olanda, əlbəttə ki, məmnun oluram”.
Rəssam fiziki məhdudiyyətinin olmasını onun yaradıcı fəaliyyətini qətiyyən məhdudlaşdırmadığını, əksinə potensialında yeni keyfiyyətlər üzə çıxardığını bildirib: “Bizim kimi gənclərin cəmiyyətə inteqrasiyası üçün çoxlu tədbirlər həyata keçirilir, sərgi-yarmarkalar təşkil edilir. Bu, çox təqdirəlayiq haldır. Bu yolla həm öz bacarıqlarımızı nümayiş etdirmək, həm də cəmiyyətə inteqrasiya olunmaq imkanı əldə edirik”.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin