Xəbər Lenti
Bugün, 19:04
Taleh Məmmədov: “Heydər Əliyev və müasir Azərbaycan modeli dövlətçilik strategiyasının müəllifi”
Bugün, 15:51
Azərbaycan Tibb Universiteti Türkiyənin Yozqat Bozok Universiteti ilə əməkdaşlığa başlayır
Bugün, 09:39
“Sağlığında sahə həkiminin qəbuluna düşməyibsə, ölüm kağızı almaq olmur” - Rəsmi açıqlama
6-05-2026, 14:45
Xətai rayonunda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə tədbir keçirilib
5-05-2026, 08:40
Ulu Öndər Heydər Əliyevin 103-cü ildönümü: Azərbaycanın Dövlətçilik Tarixində Ölməz İrs və Lənkəran Rayonunda İnkişafın Davamlı Təzahürü
Qəzaya düşən məşhur funikulyorun - Görüntüləri

Xəbər verdiyimiz kimi, dünən Portuqaliyanın paytaxtı Lissabonda məşhur “Gloria” funikulyoru relsdən çıxıb. Hadisə nəticəsində 15 nəfər həlak olub, 20-yə yaxın şəxs isə yaralanıb.
“Qafqazinfo”nun xarici mediaya istinadən məlumatına görə, yaralılar və həlak olanların milliyəti hələ açıqlanmasa da, onlar arasında xarici turistlər olduğu bildirilib.
Lissabonun Şəhər Şurası qəza ilə bağlı şəhərdə sentyabrın 4-dən başlayaraq 3 günlük matəm elan edib.
“Şəhərimiz heç vaxt belə faciənin şahidi olmayıb”, - şəhər meri Karluş Muedaş deyib.
Sosial şəbəkələrdə turistlər arasında populyar olan Lissabon funikulyorunun qəzaya uğradığı yerdən görüntülər yayılıb.
Həmin görüntüləri təqdim edirik:























































