Menu
Xəbər Lenti
Güclü külək əsir
4-09-2025, 10:22

Güclü külək əsir

Neftimiz ucuzlaşdı
4-09-2025, 10:10

Neftimiz ucuzlaşdı

Bakıda 35° isti olacaq
1-09-2025, 14:48

Bakıda 35° isti olacaq

06 Eyl 10:03Manşet / Gündəm

Bakıdakı dəhşətli qəzada ölənlərin sayı ARTDI

Bakıdakı dəhşətli qəzada ölənlərin sayı ARTDI

Binəqədi rayonu, Biləcəri qəsəbəsi ərazisində baş vermiş ağır qəzada ölənlərin sayı artıb.

Oxu.Az bu barədə Baş Dövlət Yol Polisi İdarəsinə istinadən xəbər verir.

Bildirilib ki, qəzada xəsarət alan üç nəfərdən biri yerləşdirildiyi xəstəxanada dünyasını dəyişib.

Bununla da qəzada ölənlərin sayı üçə çatıb.

Paytaxtın Binəqədi rayonu, Biləcəri qəsəbəsi ərazisində ağır yol-nəqliyyat qəzası baş verib və dərhal əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin, Bakı Regional Mərkəzinin qüvvələri cəlb edilib.

FHN-dən Oxu.Az-a verilən məlumata görə, qəza nəticəsində xilasedicilər tərəfindən avtomobildə sıxılı vəziyyətdə qalmış 2 nəfərin meyiti çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Həmçinin, Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülüb.

Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.

Paytaxtın Biləcəri ərazisində baş vermiş yol nəqliyyat hadisəsi ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsi məlumat yayıb.

İdarədən Oxu.Az-a verilən məlumatda bildirilir ki, sentyabrın 6-da saat 09:30-da paytaxtın Biləcəri körpüsündə 72-CA-837 dövlət qeydiyyat nişanlı yük avtomobilinin 90-ZY-012 dövlət qeydiyyat nişanlı "Changan" markalı minik avtomobilinin üzərinə aşması nəticəsində yol nəqliyyat hadisəsi baş verib.

Qəza nəticəsində 1 nəfər həyatını itirib, 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Faktla bağlı araşdırma aparılır.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, sentyabrın 6-da saat 09:40-da Binəqədi rayonu, Biləcəri qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsinin baş verməsi səbəbilə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub.

Çağırış əsasında ilkin olaraq 5 təcili tibbi yardım briqadası ünvana cəlb olunub.

Hazırki məlumata görə, 3 nəfər (1 kişi, 2 qadın cinsli) tibb müəssisəsinə hospitalizasiya olunur.

1 nəfərin (kişi cinsli) hadisə yerində həkiməqədər ölüm faktı qeydə alınıb.

Əlavə məlumat veriləcək.

Bakıda dəhşətli yol-nəqliyyat hadisəsi baş verib.

Oxu.Az-ın məlumatına görə, hadisə paytaxtın Binəqədi rayonu, Biləcəri qəsəbəsində baş verib.

Qəsəbə ərazisində hərəkətdə olan yük avtomobili idarəetmədən çıxaraq körpüdən aşaraq yolda hərəkət edən avtomobillərin üzərinə düşüb.

İlkin ehtimala görə, hadisə nəticəsində minik avtomobilində üç, yük avtomobilində olan iki nəfər həlak olub.





Daha çox foto burada: PhotoStock.az