Xəbər Lenti
29-04-2024, 14:44
Bu gün dünyanın aparıcı dövlətləri və təşkilatları Azərbaycanı Cənubi Qafqazın təhlükəsizlik qarantı adlandırırlar
29-04-2024, 11:33
Azərbaycançılıq idealogiyasının yaradıcısı və banisi Ulu Öndər Heydər Əliyev Azərbaycanda güc strukturunu yaratmışdır -Könül Nəbizadə
29-04-2024, 07:50
Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində itkin düşən vətəndaşlarımızın yeni sayı açıqlanıb
28-04-2024, 12:05
Mikayıl Cabbarov Səudiyyə Ərəbistanında keçirilən Dünya İqtisadi Forumunda iştirak edəcək
28-04-2024, 09:35
Ermənistanın silahlandırılmasındakı əsas məqsəd: Bu dəfə baş rolda Vaşinqtondur - TƏHLİL
Lənkəranda “KOB Fest” sərgi-satış yarmarkası keçirilib
Lənkəran şəhərində “KOB Fest” sərgi-satış yarmarkası təşkil olunub.
KOBİA-dan bildirilib ki, Heydər Əliyev Parkında keçirilmiş “KOB Fest”də 70-ə yaxın mikro və kiçik sahibkarlıq subyektinin 500-dən çox adda qida və qeyri-qida məhsulları, eləcə də sənətkarların və yaradıcı şəxslərin əl işləri təqdim edilib. Lənkəran, Astara, Masallı, Cəlilabad, Biləsuvar, Lerik və sair rayonlardan olan sahibkarlar tərəfindən yarmarkada yerli çay, düyü, sitrus meyvələri, mebel, müxtəlif qida məhsulları, hədiyyəlik əşyalar, əl işləri, bank, təhsil və tibb xidmətləri nümayiş olunub. Bununla yanaşı, cənub bölgəsinə aid milli mətbəx yerli turizm müəssisələri tərəfindən sərgi iştirakçılarına təqdim edilib. Eyni zamanda “KOB Fest” çərçivəsində mədəni-əyləncəli proqram keçirilib.
Yarmarka Lənkəran və ətraf rayonların KOB subyektləri tərəfindən istehsal olunan məhsulların satışına dəstək olmaq, yerli məhsulların tanıdılması, eləcə də istehsalçılar və təchizatçılar arasında əlaqələrin genişləndirilməsi məqsədilə təşkil olunub.
Qeyd edək ki, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə Lənkəran şəhərində keçirilmiş “KOB Fest” sərgi-satış yarmarkası sayca dördüncüdür. Bundan əvvəl “KOB Fest” Bakı və Gəncə şəhərlərində, Şəmkir rayonunda təşkil edilib. “KOB Fest”in iyun və iyul aylarında Sumqayıt və Şəki şəhərlərində, eləcə də Quba rayonunda keçirilməsi planlaşdırılır.