Xəbər Lenti
21-11-2026, 17:42
Bu gün Azərbaycan siyasi tarixində özünəməxsus yeri olan Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 34-cü ildönümünü qeyd edirik.
21-11-2026, 12:55
Ağdaş şəhər 4 nömrəli uşaq bağçasında “Payız möcüzələri” adlı möhtəşəm tədbir keçirilib.
21-11-2026, 08:36
Yeni Azərbaycan Partiyası - Dünənin tarixi zərurətindən sabahın güclü Azərbaycanına doğru
20-11-2026, 11:20
KOTANAXR KƏNDİNİN TANINMIŞ SİMASI ƏLİ QARAKİŞİ OĞLUNUN ƏZİZ XATİRƏSİNƏ DƏRİN HÖRMƏTLƏ BAŞSAĞLIĞI
20-11-2026, 11:02
VƏKİLLİK İNSTİTUTU HÜQUQİ DÖVLƏTİN SÜTUNUDUR: PEŞƏ NÜFUZU, ƏDALƏT VƏ İNSAN HÜQUQLARI ETİBARI QORUNMALIDIR!
20-11-2026, 09:36
Azərbaycan–Vyetnam münasibətlərində yeni mərhələ: strateji tərəfdaşlığın real iqtisadi nəticələrə çevrilməsi
16 Ara 06:45Cəmiyyət
Qəbələdə şəhid atası və müharibə veteranı üçün yaradılmış təsərrüfatlara baxış olub
Postmüharibə dövründə şəhid ailələrinin üzvləri və müharibə iştirakçılarından ibarət 16,2 min şəxs aktiv məşğulluq, o cümlədən 9,3 min şəxs özünüməşğulluq proqramlarına cəlb olunub.
Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev və Qəbələ rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev özünüməşğulluq proqramı çərçivəsində Qəbələdə şəhid atası və müharibə veteranı üçün yaradılmış kiçik təsərrüfatlara baxış keçiriblər.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, 44 günlük Vətən müharibəsinin şəhidi Qurbanov İsmayıl Yaşar oğlunun atası Qurbanov Yaşar Cumar oğluna ötən il özünüməşğulluq proqramı çərçivəsində avadanlıqlar verilməklə onun üçün avtoçilingərlik üzrə kiçik təsərrüfat yaradılıb.
Digər rayon sakını, müharibə veteranı Qayıblı Pərviz Şahid oğlu isə proqram çərçivəsində avadanlıqlarla təmin edilərək onun üçün qapı və pəncərə istehsalı sexi qurulub.
Y.Qurbanov və P.Qayıblı şəhid ailələri və müharibə iştirakçıları ilə bağlı sosial dəstək tədbirlərindən, kiçik təsərrüfatlarını qurmaq üçün göstərilən dəstəkdən razılıqlarını bildirib, qayğı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.
Postmüharibə dövründə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilən sosial dəstək proqramı çərçivəsində şəhid ailələrinin üzvləri və müharibə iştirakçılarından ibarət 121 min şəxsə 257 min xidmət göstərilib. Onlardan 16,2 min şəxs aktiv məşğulluq, o cümlədən 9,3 min şəxs özünüməşğulluq proqramlarına cəlb olunub.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin