Menu
Xəbər Lenti
Bayramov Serbiyaya getdi
Bugün, 06:29

Bayramov Serbiyaya getdi

Azərbaycana qış gəldi
21-12-2024, 12:54

Azərbaycana qış gəldi

Kiyevdə partlayışlar oldu
20-12-2024, 07:36

Kiyevdə partlayışlar oldu

18 Ara 21:59Cəmiyyət

Vətəndaşların sosial təminatı əsas prioritet olaraq qalır

Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanun layihəsində göstərildiyi kimi, 2023-cü il üçün dövlət büdcəsinin gəlirləri 30,7 milyard manat proqnozlaşdırılır. Bu da ölkə tarixində ən yüksək göstərici olmaqla 2022-ci illə müqayisədə 5,2 faiz, 2021-ci illə müqayisədə isə 16,4 faiz çoxdur. Eyni zamanda, layihədə 2023-cü ildə dövlət büdcəsinin xərcləri 33,3 milyard manat proqnozlaşdırılır ki, bu da 2022-ci illə müqayisədə 1,0 milyard manat, 2021-ci illə müqayisədə isə 5,9 milyard manat çoxdur. 2023-cü ilin dövlət büdcəsinin gəlirləri kimi xərcləri də ölkə tarixinin ən yüksək göstəricisidir. Əslində bu müqayisəli rəqəmlər dövlətimizin gücünün, iqtisadi qüdrətinin göstəricisidir.

“İnformasiya Təşəbbüslərinə Dəstək” İctimai Birliyinin sədri Cəsarət Hüseynzadə bu barədə AZƏRTAC-a verdiyi müsahibəsində deyib.

İctimai Birliyin sədri bildirib: “Regionda baş verən geosiyasi dəyişikliklər fonunda Azərbaycan Ordusunun müasir hərbi texnika və digər texniki avadanlıqlar ilə təminatı hər zaman diqqətdə saxlanılır. Bu geosiyasi reallıqlar fonunda sosial sahə əsas prioritet olaraq qalır, çünki dövlət başçısı tərəfindən ölkə vətəndaşının sosial təminatı, onların sosial rifahının artırılması əsas hədəf olaraq aidiyyəti qurumlar qarşısında qoyulub. Bu məqsədlə 2023-cü ildə dövlət büdcəsində də sosial sahənin prioritetliyi əsas götürüləcək, gələn ilin dövlət büdcəsində sosialyönümlü xərclərə 15 milyard 219 milyon manat vəsaitin yönəldilməsi nəzərdə tutulub. Həmin vəsait 2022-ci illə müqayisədə 1 milyard 289 milyon manat və yaxud 9,3 faiz çoxdur. Rəqəmləri ümumiləşdirsək, dövlət büdcə vəsaitinin təqribən 46 faizi məhz sosialyönümlü xərclərə yönəldiləcək. Tarixi Zəfərimizlə başa çatan Vətən müharibəsindən sonra sosial sahəyə diqqətin bir qədər də artırılması həm də ona görə vacibdir ki, həssas sosial qrupların dəstəklənməsi və dövlətin onların yanında olması vacibdir. Dövlət başçısı tərəfindən də bütün toplantılarda həmin məqam xüsusi olaraq diqqətə çatdırılır.

Şəhidlərimizin ailə üzvləri və müharibə iştirakçıları ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən icra olunan genişmiqyaslı sosial dəstək tədbirləri 121 min şəxsi əhatə edib, onlara dəstəkyönümlü 257 min xidmət göstərilib”.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən göstərilən xidmətlərin elektron xidmətlərə inteqrasiyası sahəsində mühüm tədbirlər həyata keçirildiyini deyən Cəsarət Hüseynzadə bunun nəticəsində şəffaflığın artırılması və vətəndaş məmnunluğunun təmin edilməsi üzrə uğurlu nəticələr əldə olunduğunu bildirib. “Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən formalaşdırılan uğurlu idarəetmə mexanizmləri nəticəsində sosial xidmətlər sektoruna proaktiv xidmətlər anlayışı gəlib. Həmin xidmətlər vətəndaşın müraciəti olmadan və vətəndaşın hər hansı sosial dəstək mexanizminə hüququ yarandığı andan qüvvəyə minir. Hesab edirəm bu, idarəetmədə yeni yanaşma mexanizmi olaraq daha da geniş tətbiq olunmalıdır”, - deyə C.Hüseynzadə əlavə edib.

Xatırladaq ki, nazirliyin 174 xidmətindən 110-u elektron qaydada göstərilir, onlardan 46-sı proaktiv qaydada həyata keçirilir. Bu ilin 11 ayında həmin e-xidmətlərə 9,5 milyon müraciət olub, 219 min pensiya, müavinət, təqaüd təyinatı, 195 min fərdi hesab açılması e-sistem üzərindən yerinə yetirilib.

11 ayda 22 min pensiya, 197 min müavinət və təqaüd təyinatı e-sistem üzərindən proaktiv qaydada aparılıb. 2019-cu ilin əvvəlindən bu proaktiv təyinat mexanizmlərinin tətbiqinə başlanıb və ötən dövrdə həmin sosial təminat növləri üzrə 488 min (o cümlədən 70 min pensiya, 418 min müavinət və təqaüd) təyinat e-formada proaktiv qaydada aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndəri