İsmayıl Zalovun European Parliamentdə çıxışı iştirakçılar tərəfindən böyük maraq və yüksək qiymətləndirmə ilə qarşılanmışdır.
Rafael Hacıbəyli: Azad edilmiş ərazilərdə icmalar üçün ağıllı və dayanıqlı şəhərlər qurulur
"Həkim kimi danışır, amma deyil" - Sosial şəbəkələrdə möcüzə kimi yayılan reseptlər - VİDEO
Televiziyanın sonunu gətirən yeni rəqib. Dəyişiklik olmasa… – YYSİB sədri, ictimai və mədəniyyət xadimi Aydın Xan Əbilov yeni media haqqında
Bu gün narkomaniya ilə mübarizdə vətəndaşlar fəallıq göstərməlidir – QHT sədri Müğam Əliyev
“Bu xərclər cari illə müqayisədə 1 milyard artıqdır”

“Vətəndaşların rifahının yaxşılaşdırılması və sosial müdafiənin gücləndirilməsinə dövlət büdcəsindən 2.6 milyard manat vəsait ayrılıb”.
“Qafqazinfo” xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya, Əmək və sosial siyasət, Səhiyyə, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin bu gün keçirilən birgə iclasında 2025-ci ilin dövlət büdcəsinin müzakirələri zamanı deyib.
“Növbəti ilin büdcəsində sosialyönlü xərclər 16.9 milyard manat nəzərdə tutulub. Bu xərclər büdcənin 41%-ini əhatə edir. Sosial, yəni elm, təhsil, mədəniyyət və bu kateqoriya üzrə xərclər cari illə müqayisədə növbəti il 1 milyard manat artıq nəzərdə tutulub”, - deyə nazir əlavə edib.
Nuranə Daxilqızı





















































