Xəbər Lenti
19-03-2026, 08:10
200-dən çox sakini bir araya gətirən İlaxır Çərşənbə: Azur Residence-də yeni idarəetmə özünü sübut etdi
18-03-2026, 09:13
Azərbaycanda daha bir icra hakimiyyətində KÜTLƏVİ İXTİSAR: 54 nəfər işdən çıxarıldı - ÖZƏL
18-03-2026, 08:08
Pulsuz ayrılmalı olan məzar yerləri FANTASTİK QİYMƏTLƏRƏ satışa çıxarılır - RƏSMİ AÇIQLAMA
16-03-2026, 11:44
Azərbaycan yalnız regional güc kimi deyil, həm də qlobal dialoq və əməkdaşlıq platformalarının təşəbbüskarı kimi çıxış edir
23 Ara 14:20Cəmiyyət
Qida Təhlükəsizliyi Agentliyi ilə “Rospotrebnadzor” arasında əməkdaşlıq müzakirə edilib
Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzlinin rəhbərliyi ilə nümayəndə heyətinin Rusiya Federasiyasına işgüzar səfəri çərçivəsində bu ölkənin İstehlakçı Hüquqlarının Müdafiəsi və İnsan Rifahı Sahəsində Nəzarət üzrə Federal Xidmətinin (“Rospotrebnadzor”) rəhbəri Anna Popova ilə görüş keçirilib.
Qida Təhlükəsizliyi Agentliyinin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, görüşdə iki qurum arasında qida təhlükəsizliyi sahəsində əməkdaşlıq haqqında Saziş layihəsi, qida məhsullarının qeydiyyatı və izlənilməsi üzrə əməkdaşlığın genişləndirilməsi, müvafiq normativ-texniki sənədlərin qarşılıqlı mübadiləsi, elmi-tədqiqat müəssisələri ilə əlaqələrin yaradılması ilə əlaqədar müzakirələr aparılıb.
Görüş zamanı agentliyin sədri əminliyini ifadə edib ki, “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanununun 2023-cü il yanvarın 1-dən qüvvəyə minməsi ilə bu sahədə effektiv nəzarət sisteminin qurulmasına və əhalinin təhlükəsiz qida ilə təmin olunmasına, qida və kənd təsərrüfatı məhsullarının rəqabət qabiliyyətinin və ixrac potensialının artırılmasına, sahibkarların fəaliyyəti üçün daha əlverişli biznes mühitinin yaradılmasına imkan verəcək. Müzakirə əsnasında Qanundan irəli gələn yeniliklər qarşı tərəfin diqqətinə çatdırılıb.
Qurumlar arasında əməkdaşlığın genişləndirilməsinin iki ölkədə qida təhlükəsizliyinin təmin olunmasına töhfə verəcəyi bildirilib.
Səfər çərçivəsində nümayəndə heyətinin üzvləri “Rospotrebnadzor”un F.F.Erisman adına Federal Elmi Gigiyena Mərkəzinin fəaliyyəti ilə yaxından tanış olublar. Burada ölkəmizin qida mütəxəssisləri üçün təqdimatlar edilib, laboratoriyalara və mərkəzin tabeliyində fəaliyyət göstərən vivariuma baxış keçirilib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin