Menu
Xəbər Lenti
Kiyevdə partlayışlar oldu
20-12-2024, 07:36

Kiyevdə partlayışlar oldu

Razyana çayının faydaları
18-12-2024, 06:36

Razyana çayının faydaları

25 Ara 18:20Cəmiyyət

İlin 11 ayı ərzində 54 mindən çox şəxsə əlillik təyin edilib

Əlilliyin qiymətləndirilməsi səhiyyə müəssisəsinin e-sistemə daxil etdiyi göndərişlərdəki məlumatlar əsasında həyata keçirilir. Əlillik təyin edildikdən sonra əlilliyə görə müvafiq sosial ödənişlərin təyinatı da e-sistem üzərindən proaktiv qaydada aparılır: Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən 2022-ci ilin yanvar-noyabr ayları ərzində 54 min 189 şəxsə əlillik təyin edilib. Onlardan 18 min 431 nəfərinə ilkin, 35 min 758 nəfərinə isə təkrar əlillik təyinatı aparılıb. Həmin təyinatlardan köhnə meyarlarla 2 min 666 şəxsə I qrup, 20 min 593 şəxsə II qrup, 12 min 865 şəxsə III qrup və 6 min 435 sağlamlıq imkanları məhdud uşağa əlillik təyin edilib. Yeni meyarlarla 2 min 191 şəxsin orqanizm funksionallığının 81-100 faiz itirilməsi, 4 min 189 şəxsin orqanizm funksionallığının 61-80 faiz itirilməsi, 5 min281 şəxsin isə orqanizm funksionallığının 31-60 faiz itirilməsi müəyyən edilərək əlillik təyinatı aparılıb.

Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin idarə heyətinin sədr müavini Ramin Rzayev bu barədə AZƏRTAC-a verdiyi müsahibədə deyib.

Sədr müavini qeyd edib ki, hazırda agentliyinin tabeliyində Bakı şəhərində 6, regionlarda 8 olmaqla 14 reabilitasiya müəssisəsi və 1 Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzi fəaliyyət göstərir. Əlilliyin qiymətləndirilməsi səhiyyə müəssisəsinin e-sistemə daxil etdiyi göndərişlərdəki məlumatlar əsasında həyata keçirilir. Əlillik təyin edildikdən sonra əlilliyə görə müvafiq sosial ödənişlərin təyinatı da e-sistem üzərindən proaktiv qaydada aparılır.

Son illərdə ölkəmizin reabilitasiya infrastrukturu müasir tələblərə uyğun qurulub. 2018-2022-ci illərdə 12 reabilitasiya və sosial xidmət müəssisəsi əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verilib, həmçinin ötən il Qəbələ Uşaq Reabilitasiya Mərkəzi açılıb. Yaxın vaxtlarda Şəmkirdə Uşaq Reabilitasiya Mərkəzinin də istifadəyə verilməsi nəzərdə tutulub.