Menu
Xəbər Lenti
Dilan Polat yenidən ana olur
23-02-2026, 05:18

Dilan Polat yenidən ana olur

Şamaxıda zəlzələ olub
22-02-2026, 09:05

Şamaxıda zəlzələ olub

01 Ock 20:23Cəmiyyət

Xəstəliyə və hamiləliyə görə bülletenlər elektron sistem üzərindən təqdim ediləcək

Xəstəliyə dair bülletenlərin elektronlaşması ilə bağlı Səhiyyə Nazirliyi ilə işlər aparılır. Bununla əlaqədar işlər yekunlaşmaq üzrədir. Növbəti ildən isə qanunvericiliyə müvafiq dəyişikliklər aparılaraq xəstəliyə və hamiləliyə görə bülletenlərin kağız üzərində deyil, birbaşa elektron sistem üzərindən təqdim edilməsi nəzərdə tutulub.

AZƏRTAC xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyindəki DOST Rəqəmsal İnnovasiyalar Mərkəzinin (DOST RİM) direktoru Kənan Əkpərov sosial sahədə elektronlaşma proqramının icrası ilə bağlı 2022-ci il üzrə görülən işlər və qurumun hədəflərinə dair keçirdiyi mətbuat konfransında məlumat verib.