Xəbər Lenti
21-11-2026, 17:42
Bu gün Azərbaycan siyasi tarixində özünəməxsus yeri olan Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 34-cü ildönümünü qeyd edirik.
21-11-2026, 12:55
Ağdaş şəhər 4 nömrəli uşaq bağçasında “Payız möcüzələri” adlı möhtəşəm tədbir keçirilib.
21-11-2026, 08:36
Yeni Azərbaycan Partiyası - Dünənin tarixi zərurətindən sabahın güclü Azərbaycanına doğru
20-11-2026, 11:20
KOTANAXR KƏNDİNİN TANINMIŞ SİMASI ƏLİ QARAKİŞİ OĞLUNUN ƏZİZ XATİRƏSİNƏ DƏRİN HÖRMƏTLƏ BAŞSAĞLIĞI
20-11-2026, 11:02
VƏKİLLİK İNSTİTUTU HÜQUQİ DÖVLƏTİN SÜTUNUDUR: PEŞƏ NÜFUZU, ƏDALƏT VƏ İNSAN HÜQUQLARI ETİBARI QORUNMALIDIR!
20-11-2026, 09:36
Azərbaycan–Vyetnam münasibətlərində yeni mərhələ: strateji tərəfdaşlığın real iqtisadi nəticələrə çevrilməsi
31 Mrt 06:59Dünya
Con Kirbi: Rusiya ərzaq tədarükü müqabilində Şimali Koreyadan silah-sursat almağa çalışır
ABŞ Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi Rusiyanın qida tədarükü müqabilində Şimali Koreyada fəal şəkildə əlavə sursat axtardığına dair yeni məlumatların əldə olunduğunu açıqlayıb.
AZƏRTAC xəbər verir ki, C.Kirbi bu barədə onlayn mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən bildirib.
Sanksiyalar səbəbi ilə Rusiyanın “yarmaz rejimlərdən” silah və texnika almağa çalışdığını deyən Kirbi Şimali Koreyanın Ukraynaya qarşı hərbi əməliyyatlar çərçivəsində Rusiyaya daha çox dəstək verəcəyindən narahat olduqlarını dilə gətirib.
O, Rusiyanın Şimali Koreyadan qida tədarükü qarşılığında fəal şəkildə əlavə sursat almağa çalışdığına dair yeni məlumatlara sahib olduqlarını qeyd edib.
Rusiyanın bu kontekstdə Şimali Koreyaya nümayəndə heyəti göndərməyə çalışdığını söyləyən C.Kirbi, “Şimali Koreya ilə Rusiya arasında hər hansı silah müqaviləsi birbaşa olaraq BMT Təhlükəsizlik Şurasının bir sıra qətnamələrini pozur”, deyərək bildirib.
Vəziyyəti yaxından araşdırdıqlarını qeyd edən C.Kirbi Rusiyanın Şimali Koreyadan silah-sursat almaq səylərinin mərkəzində Aşot Mkrtıçev adlı “silah taciri”nin olduğunu da qeyd edib.
C.Kirbi Rusiya hakimiyyətinin dəstəyi ilə Mkrtıçevin iki ölkə arasında gizli silah sövdələşməsinə vasitəçilik etməyə çalışdığını və bu yolla Rusiyanın Pxenyandan müxtəlif növ silah almağı hədəflədiyini vurğulayıb.