Xəbər Lenti
18-08-2025, 14:42
Azərbaycanda keçirilən “Beat the Heat Vol. IV” yay universiteti layihəsi uğurla yekunlaşıb
16-08-2025, 10:15
Alyaskanın ev sahibi Putin, iki böyük qələbə qazanan Putin, razı qalan Tramp… – Beynəlxalq media icmalı
07 Eyl 11:03Dünya
Moskvanı qorumağa cavabdeh olan general HƏBS EDİLDİ
Rusiyalı general-mayor Konstantin Oqienko həbs edilib.
Bu barədə Moskva Qarnizon Hərbi Məhkəməsi qərar çıxarıb.
O, rüşvət almaq ittihamı ilə istintaq təcridxanasına göndərilib. Hadisənin nə zaman baş verdiyi açıqlanmasa da, bu yaxınlarda onun həbs müddəti noyabrın 27-dək uzadılıb.
Oqienko indiyə qədər 1-ci xüsusi təyinatlı zenit və raket əleyhinə müdafiə ordusunun komandiri olub. Ordu Moskvanı potensial düşmən tərəfindən təyyarələrin, qanadlı raketlərin və qitələrarası ballistik raketlərin hücumlarından qorumaq vəzifəsini yerinə yetirir.