Xəbər Lenti
20-12-2024, 07:29
“Ölkəmizə qarşı aparılan ideoloji təxribatlarla mübarizə hər birimizin vəzifəsidir”
02 Ekm 08:01Dünya
Ukrayna “Bayraktar”ın təkmilləşdirilmiş versiyasını əldə edə bilər
“Türkiyə tərəfi “Bayraktar Akıncı” pilotsuz uçuş aparatlarının (PUA) Ukraynaya tədarükü məsələsini nəzərdən keçirir”.
“Report” TASS-a istinadən xəbər verir ki, bunu “Baykar” şirkətinin rəhbəri Haluk Bayraktar “Azadlıq” radiosuna müsahibəsində deyib.
“Bayraktar Akıncı”ya gəlincə, bu məsələ nəzərdən keçirilir”, - o vurğulayıb.
Onun sözlərinə görə, Ukraynada müəyyən PUA növlərinin istehsal edilməsi üçün şirkət Türkiyə hökumətindən icazə almalıdır: “Müdafiə sahəsində əməkdaşlıq məsələsində dövlətin icazəsi lazımdır və bizə belə bir icazə verilib. Bu məsələ ilə bağlı yalnız onu deyə bilərəm ki, “Bayraktar Akıncı” məsələsi nəzərdən keçirilir”.