Xəbər Lenti
Dün, 13:04
Azərbaycanın enerji təhlükəsizliyi və yaşıl inkişaf strategiyasının yeni mərhələsi başlayır
Dün, 08:46
Yaşıl enerjiyə keçid və güclənən enerji təhlükəsizliyi: Azərbaycanın regional və qlobal missiyası
8-01-2026, 09:29
“Milli Konstitusiya və suveren Azərbaycan: Heydər Əliyevin yeni nəsil üçün əbədi mirası” kulturoloji layihəyə start verildi
31 Ekm 10:41Dünya
"Üç dəfə xəbərdarlıq atəşi açın, dördüncünü alnından vurun" - Kadırov

Çeçenistanı lideri Ramzan Kadırov təhlükəsizlik qüvvələrinə kütləvi iğtişaşlar zamanı necə davranmaq barədə "tövsiyələr" verib.
Bu barədə xarici KİV məlumat yayıb.
Mahaçqalada antisemit iğtişaşları fonunda keçirilən görüşdə Kadırov bildirib ki, üsyançılar dərhal həbs edilməlidir: "Amma başqa variant da var: havaya üç dəfə xəbərdarlıq atəşi açın və bundan sonra qanunun tələblərinə əməl etməyən şəxsin alnından dördüncü atəşi açın. Onlar daha çıxmayacaqlar. Bu, mənim əmrimdir".























































