Xəbər Lenti
30-05-2026, 15:28
Masallı qaz idarəsindən şikayət: “Heç bir rəsmi xəbərdarlıq edilmədən qazımız kəsildi” -VIDEO
30-05-2026, 15:11
ƏFSANƏ İBRAHİMOVA — ZİYALI AİLƏSİNDƏN MEDİA RƏHBƏRLİYİNƏ UZANAN NÜMUNƏVİ HƏYAT YOLU
29-05-2026, 20:19
ZAQATALA RAYONU, MAZIX KƏNDİNDƏ NƏZARƏTSİZLİK TƏHLÜKƏLİ HƏDDƏ ÇATIB - SÜRÜCÜLƏR HƏR GÜN RİSK ALTINDADIR -VİDEO
29-05-2026, 19:41
Sözün, zəkanın və insanlığın 50 illik işıqlı yoluna ehtiramla – Təyyar Yəhyayevə yubiley təbriki
29-05-2026, 19:13
Aztürk Holding-in təşkilatçılığı ilə 28 May – Müstəqillik Gününə həsr olunmuş tədbir keçirilib.
29-05-2026, 08:48
"Sistemdə ciddi islahatlara ehtiyac var" - Kənd təsərrüfatı üzrə subsidiyalar niyə effektiv deyil?
29-05-2026, 08:39
Dəhşətə salan görüntü: Milyarder Ceff Bezosun raketi Floridada sınaq zamanı partladı
28-05-2026, 14:45
Gənclərin İnkişaf və Karyera Mərkəzi tərəfindən regionlarda Müstəqillik Günü münasibətilə tədbirlər təşkil olunub
28-05-2026, 13:11
Azərbaycanın aqrar inkişaf strategiyası: Prezident İlham Əliyevin kənd təsərrüfatı və su təhlükəsizliyi siyasəti
28-05-2026, 10:34
İlham Əliyevin sosial şəbəkə hesablarında Müstəqillik Günü ilə bağlı paylaşım olundu
24 Şub 06:36Dünya
İrakli Qaribaşvili: Türk xalqı Rəcəb Tayyib Ərdoğan kimi müdrik və güclü lideri ilə bu sınaqdan qalib çıxacaq
Gürcüstan və gürcü xalqı Türkiyənin və türk xalqının yanındadır. Türk xalqı Rəcəb Tayyib Ərdoğan kimi müdrik və güclü lideri ilə tarixin bu sınağından da qalib çıxacaq.
AZƏRTAC xəbər verir ki, bu sözləri Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Türkiyənin Hatay vilayətinin Antakya şəhərində zəlzələnin nəticələri ilə tanış olarkən söyləyib.
Hökumət başçısı Türkiyədə baş verən zəlzələni dəhşətli faciə adlandırıb: “Dəstək mesajımı və başsağlığımı dünən Prezident Rəcəb Tayyib Ərdoğana verdim. Mən ona dəstəyimi təsdiqlədim, həmrəy olduğumuzu bildirdim. Bu, Türkiyənin və qardaş xalqımızın başına gələn dəhşətli faciədir. Bildiyiniz kimi, bu zəlzələ nəticəsində 40 mindən çox insan ölüb, 100 mindən çoxu yaralanıb. Minlərlə insan mənzilsiz qalıb. Prezident Rəcəb Tayyib Ərdoğanla görüşümüzdə o mənə bildirdi ki, artıq müvafiq qərargah yaradılıb, plan hazırlanıb, bir ildə 270 minə yaxın mənzil tikiləcək”.
İ.Qaribaşvili Türkiyədə zəlzələ bölgəsində xilasetmə əməliyyatlarında iştirak edən gürcü xilasedicilərlə də görüşüb. Baş nazir bildirib ki, gürcü xilasedicilər işlərini uğurla davam etdirirlər.