Millət vəkili Pərvanə Vəliyeva Bakı Neft-Energetika Kollecində tələbələrlə görüş keçirdi
HƏP İdarə Heyətinin iclasında Prezident İlham Əliyevin siyasi kursunun uğurları geniş müzakirə edildi
23 may 2026-ci il tarixində "Unikal Xaricdə Təhsil və Hüquqi Konsaltinq Agentliyi"nin təşkilatçılığı ilə “Unikal Xaricdə Təhsil Forumu - 2026” keçirildi.
İspaniyada polislə “Sumud flotiliyası”nın fəalları arasında toqquşma - Saxlanılanlar var
İsmayıl Zalovun European Parliamentdə çıxışı iştirakçılar tərəfindən böyük maraq və yüksək qiymətləndirmə ilə qarşılanmışdır.
Sürücülərin iş və istirahət rejimini bu nazirlik müəyyənləşdirəcək - QƏRAR

Azərbaycanda beynəlxalq və ölkədaxili sərnişin və yük daşımalarını yerinə yetirən sürücülər üçün iş və istirahət rejimini Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi müəyyənləşdirəcək.
Bu barədə Baş nazir Əli Əsədovun “Avtomobil nəqliyyatı haqqında” Qanuna edilən dəyişikliklərin icrası ilə bağlı imzaladığı sərəncamda qeyd olunub.
Sərəncama əsasən, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi və digər aidiyyəti dövlət orqanları ilə razılaşdırmaqla 4 ay müddətində bununla bağlı layihəni hazırlayıb Nazirlər Kabinetinə təqdim etməlidir.
Dəyişikliklə beynəlxalq və ölkədaxili (şəhərlərarası və rayonlararası) sərnişin və yük daşımalarını yerinə yetirən sürücülər üçün iş və istirahət rejimi, nəqliyyat vasitələrinin taxoqrafla təchiz edilməsi, onlardan istifadə, onlara xidmət və fəaliyyətinə nəzarət qaydasını müvafiq icra hakimiyyəti orqanı deyil, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən müəyyən ediləcək.
Həmçinin Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi müntəzəm sərnişin daşımalarının həyata keçirən avtonəqliyyat vasitələrində gediş haqqının elektron ödənilməsi üçün ödəniş alətləri ilə təchiz olunması, müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin texniki göstəriciləri, daxili və xarici tərtibatına dair tələbləri, taksi sifarişi operatorları tərəfindən hər bir taksi sifarişi üzrə real vaxt rejimində ötürülən adsızlaşdırılmış məlumatların, o cümlədən sürücünün iş və istirahət rejimlərinə riayət olunmasına nəzarət məqsədilə sürücü barədə məlumatların siyahısı ilə bağlı təkliflərini hazırlayıb, 4 ay müddətində Nazirlər Kabinetinə təqdim etməlidir.
Bu sərəncam sentyabrın 4-dən qüvvədədir.





















































