Xəbər Lenti
Dün, 13:04
Azərbaycanın enerji təhlükəsizliyi və yaşıl inkişaf strategiyasının yeni mərhələsi başlayır
Dün, 08:46
Yaşıl enerjiyə keçid və güclənən enerji təhlükəsizliyi: Azərbaycanın regional və qlobal missiyası
8-01-2026, 09:29
“Milli Konstitusiya və suveren Azərbaycan: Heydər Əliyevin yeni nəsil üçün əbədi mirası” kulturoloji layihəyə start verildi
05 Ekm 17:54Gündəm
Vardanyanın hüquqlarını bu vəkil müdafiə edəcək

Azərbaycan Vəkillər Kollegiyasının üzvü Faiq Hüseynov Qarabağdakı separatçı rejimin keçmiş “dövlət naziri”, bir müddət əvvəl həbs edilmiş milyarder Ruben Vardanyanın hüquqlarını müdafiə edəcək.
Azərbaycan Dövlət Sərhəd Xidməti tərəfindən saxlanılan Ruben Vardanyan Azərbaycan Cinayət Məcəlləsinin 214-1 (terrorçuluğu maliyyələşdirmə), 279.3 (qanunla nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların yaradılmasında və fəaliyyətində iştirak etmə) və 318.1 (dövlət sərhədini qanunsuz keçmə) maddələri ilə cinayət məsuliyyətinə cəlb edilib.
Məhkəmənin qərarı ilə onun barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.























































