Xəbər Lenti
Dün, 09:08
Körpə Elvinin anası: “Ona nəsə olsa, mən yaşaya bilmərəm, yardımsevər şəxslərə yalvarıram”
16-04-2024, 16:32
Botanika İnstitutunun alimlərinin həmmüəllifi olduğu məqalə nüfuzlu beynəlxalq jurnalda dərc olunub
16-04-2024, 09:05
Prezident İlham Əliyev Hacıqabul rayonunda Şirvan suvarma kanalının təməlini qoyub
15-04-2024, 11:04
Fədakar alim, xeyirxah insan, qayğıkeş ana, çox hörmətli akademikimiz Zərifə xanım Əliyevanı hörmət və ehtiramla anırıq-Könül Nəbizadə
15-04-2024, 09:44
Ceyhun Bayramov ilk dəfə olaraq Mərkəzi Asiya-Körfəz Əməkdaşlıq Şurasının toplantısına qatılıb
15-04-2024, 09:39
KİV: “Beynəlxalq hava yolları İranın İsrailə hücumundan sonra xaos vəziyyətindədir”
15-04-2024, 08:48
Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycanın Ermənistana qarşı iddiası üzrə ilkin dinləmələr keçiriləcək
08 Şub 15:34Mədəniyyət
Leypsiq kitab yarmarkası üçillik fasilədən sonra yenidən qayıdır
Leypsiq kitab yarmarkası Almaniyada böyüklüyünə görə Frankfurt kitab yarmarkasından sonra ikincidir. Hər il keçirilən sərgi dörd gün davam edir.
AZƏRTAC DPA agentliyinə istinadla xəbər verir ki, bu il sərgi aprelin 27-dən 30-dək keçiriləcək. Leypsiq yarmarkasının direktoru Oliver Sillenin sözlərinə görə, sərgiyə 130 min ziyarətçinin gələcəyi gözlənilir. 2019-cu ildə, pandemiyaya qədər yarmarkanı 216 min nəfər ziyarət edib. Sille vurğulayır ki, belə uzun fasilədən sonra əvvəlki səviyyəyə qayıtmaq üçün vaxt tələb olunur. Əgər bu il böhranaqədərki göstəricinin 60 faizini əldə etsək, o halda bu, şübhəsiz uğur olacaq.
Ötən il bir çox nəşriyyat koronavirus infeksiyasından ehtiyat edərək yarmarkada iştirakdan imtina etdilər. Lakin artıq indi təşkilatçılar 2019-cu illə müqayisədə təqribən 75 faiz eksponentdən iştirak üçün müraciət alıblar. Onlar Leypsiqə gəlməyi arzulayanların sayının artacağına ümid edirlər.
Yarmarka çərçivəsində həm sərgi ərazisində, həm də şəhərin özündə çoxsaylı müxtəlif tədbirlərin keçirilməsi planlaşdırılır. Bundan başqa, 200 qiraət zalı açılacaq. Kitab barı da yeniliklərdən birinə çevriləcək, yarmarkada əsərləri təqdim olunan yazıçılarla ziyarətçilərin görüş və diskussiya yeri olacaq.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır