Xəbər Lenti
Dün, 21:14
Filarmoniyada Xalq artisti Musa Mirzəyevin 90 illik yubileyi münasibətilə konsert təşkil edilib
Dün, 21:09
İslandiya-Azərbaycan Cəmiyyəti ölkəmizin İrandakı səfirliyinə hücumla bağlı bəyanat yayıb
28-01-2023, 18:19
İtaliyanın Barselona və Berlindəki diplomatik nümayəndəliklərinə qarşı hücumlar olub
28-01-2023, 17:53
Azərbaycan və Misir prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB VİDEO
27-01-2023, 18:14
Bayden administrasiyası Somalidə İŞİD-in yerli liderinin məhv edildiyini açıqlayıb
27-01-2023, 06:40
Prezident İlham Əliyev Fransanın Azərbaycanda yeni təyin olunan səfirinin etimadnaməsini qəbul edib YENİLƏNİB
27-01-2023, 06:38
Prezident İlham Əliyev Yunanıstanın Azərbaycanda yeni təyin olunan səfirinin etimadnaməsini qəbul edib
27-01-2023, 06:36
Prezident İlham Əliyev Meksikanın Azərbaycanda yeni təyin olunan səfirinin etimadnaməsini qəbul edib YENİLƏNİB
27-01-2023, 06:34
İtaliya saytı Azərbaycanın Beynəlxalq Ədalət Məhkəməsinə göndərdiyi əsas iddia sənədindən yazıb
26-01-2023, 20:39
Vilayət Quliyev: Heydər Əliyevin yenilməzlik ruhu Azərbaycan Ordusunu Vətənin keşiyində ayıq-sayıq dayanmağa sövq edən əsas amildir
26-01-2023, 06:39
Ukrayna telekanalı Ermənistan və Rusiya KİV-lərində Azərbaycana qarşı feyk xəbərlərə dair reportaj yayıb
26-01-2023, 06:38
Deputat: Azərbaycanlı ekoloqlar Ermənistandan yataqlarımızın qeyri-leqal istismarına son qoyulmasını tələb edirlər
Azərbaycan-Qırğızıstan diplomatik münasibətlərinin qurulmasının 30-cu ildönümünə hazırlıq müzakirə olunub
Azərbaycanın Qırğız Respublikasındakı səfiri Lətif Qəndilov bu ölkənin xarici işlər naziri Jeenbek Kulubayevlə görüşüb.
AZƏRTAC xəbər verir ki, iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümünə həsr olunmuş görüşün əsas məqsədi keçən il Azərbaycan və Qırğız Respublikasının dövlət başçılarının qarşılıqlı səfərləri zamanı qarşıya qoyulmuş tapşırıqların icra vəziyyətinin öyrənilməsi olub.
Səfir görüşdə nazirə fevralın 1-də ölkəmizin tanınmış dirijoru, Xalq artisti, professor Yalçın Adıgözəlovun rəhbərliyi altında Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti Fatma Cəfərzadənin iştirakı və Qırğızıstan dövlət simfonik orkestrinin müşayiəti ilə Azərbaycanın tanınmış bəstəkarlarının əsərlərindən ibarət qala konsert keçiriləcəyi barədə məlumat verib.
Səfir, həmçinin konsertdən sonra Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümünə həsr edilmiş konfransın və Qırğızıstan Milli Təsviri İncəsənət Muzeyində rəssam və heykəltəraşların əsərlərindən ibarət sərginin təşkilini nəzərdə tutuqlarını deyib.
L.Qəndilov konsertdə Azərbaycan-Qırğızıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun 3 deputatının iştirak edəcəyini, Bişkek səfərdə olacaq deputatların Qırğız Respublikası Joqorku Keneşində (Parlamentin) görüşlərinin təşkil ediləcəyini nazirin diqqətinə çatdırıb.
Görüşdə ölkəmizi kurasiya edən nazir müavini Aybek Moldoqaziyev, İqtisadi diplomatiya departamentinin direktoru Avazbek Ataxanov, Üçüncü siyasi departamentin direktoru Bakıt Djusupov, həmin idarənin attaşesi Erkin Atabekov, səfirin xanımı Nailə Abbasova və səfirliyin birinci katibi Mübariz Cəfərov iştirak ediblər.