Xəbər Lenti
Bugün, 09:35
Gürcüstanla sərhədin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının - Yeni tərkibi
8-10-2026, 14:31
TƏBİB – insan sağlamlığına və vətəndaş məmnunluğuna xidmət edən mühüm səhiyyə qurumu
8-10-2026, 08:14
“SABAH.city”də AzTU-nun süni intellekt əsaslı mühəndislik təhlükəsizliyi mərkəzi yaradılacaq
7-10-2026, 16:59
“Kristal Abşeron” MTK-dan yenə də ŞİKAYƏT VAR! – Sakinlərin sualı cavabsız qalır – İDDİA
7-10-2026, 08:28
“Ekspertizalar qətlə yetirilmiş azərbaycanlıların işgəncələrə məruz qaldığını göstərir”
7-10-2026, 07:54
Edamdan sağ çıxan Krista bir həftə sonra özünə gəldi - İki ölümcül iynə onu öldürməmişdi
04 Ara 14:31İdman
Rapid üzrə Azərbaycanın ən güclü şahmatçısı müəyyənləşib
Kişilər və qadınlar arasında Azərbaycan çempionatında rapid yarışının qalibləri müəyyənləşib.
AZƏRTAC xəbər verir ki, qrossmeyster, ölkə, eləcə də Avropa çempionatlarının dəfələrlə qalibi və mükafatçısı olmuş Rauf Məmmədov 9 turdan 7 xal toplayaraq, əlavə göstəricilərə görə fəxri kürsünün ən yüksək pilləsində qərarlaşıb. Onunla eyni xalı yığan Vüqar Əsədli ikinci, yarım xal az toplayan Məhəmməd Muradlı isə üçüncü yerləri tutublar.
Qadınlar arasında isə 7 turdan 5 xal yığan Ləman Hacıyeva əlavə göstəricilərə görə birinci yerə sahib olub. İkinci pillədə onunla eyni xala malik olan Ayan Allahverdiyeva qərarlaşıb. Üçüncü yeri isə Ülviyyə Fətəliyeva qazanıb.
Şahmatçılarımız Azərbaycan çempionatında blits yarışında isə mübarizəni davam etdirirlər.
Qeyd edək ki, çempionatların təşkilində əsas məqsəd dekabrın 25-30-da Qazaxıstanın Almatı şəhərinin ev sahibliyi edəcəyi rapid və blits üzrə dünya çempionatına gedəcək şahmatçıların müəyyən edilməsidir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin