Menu
Xəbər Lenti
Ağaclara da hüquq verdilər
15-09-2026, 08:03

Ağaclara da hüquq verdilər

FHN təlim keçirdi
12-09-2026, 09:08

FHN təlim keçirdi

Nazirdən daha bir təyinat
12-09-2026, 08:38

Nazirdən daha bir təyinat

Bəzi yollarda tıxac var
11-09-2026, 08:06

Bəzi yollarda tıxac var

22 Ara 06:48İqtisadiyyat

® “Azercell CUP 2022”nin qalibləri müəyyən oldu!

Məktəblilər arasında keçirilən İnformatika və Proqramlaşdırma müsabiqəsi yekunlaşdı

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və İnformatika üzrə Milli Olimpiada komandasının məğrur tərəfdaşı “Azercell Telekom” MMC-nin bu ilin noyabr ayında keçirdiyi proqramlaşdırma üzrə “Azercell CUP” müsabiqəsi yekunlaşdı. Ümumilikdə 140 nəfərin iştirakı ilə təşkil edilən final mərhələsi 3 saat davam edib. Yarışın sonunda 6-7 və 8-ci sinif şagirdləri arasında qaliblər müəyyən edilib, medalla təltif olunublar. Müsabiqənin ümumi nəticələri ilə www.olimpiada.edu.az saytında tanış olmaq mümkündür.

Mükafatlandırma mərasimi və hazırlıq dərsləri haqqında məlumat şagirdlərə email vasitəsilə çatdırılacaq. Yüksək nəticələr göstərən iştirakçılar Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən təşkil edilən Beynəlxalq Olimpiadalara hazırlıq mərkəzində keçirilən hazırlıq proqramlarında iştirak etmək imkanı qazanacaqlar.

“Azercell CUP” məktəblilər arasında informatika elmi və proqramlaşdırma üzrə bilik və bacarıqları inkişaf etdirmək, bu sahəyə gənclərin marağını artırmaq, informatika fənni üzrə olimpiadalarda iştiraka həvəsləndirmək məqsədi daşıyır. 2017-ci ildən etibarən “Azercell Telekom”un dəstəyi ilə beynəlxalq olimpiadalara hazırlıq keçən məktəblilərimiz ölkəmizi uğurla təmsil edərək 2 qızıl, 13 gümüş və 33 bürünc olmaqla ümumilikdə 48 medal əldə ediblər. Qeyd edək ki, qalib şagirdlər sırasında “Azercell CUP” müsabiqəsi vasitəsi ilə kəşf olunan istedadlı şagirdlər də yer alır.