Menu
Xəbər Lenti
Faktiki hava açıqlandı
19-04-2026, 10:44

Faktiki hava açıqlandı

Ceyhun Bayramov Taylanda getdi
19-04-2026, 10:29

Ceyhun Bayramov Taylanda getdi

Bu gün imtahan var
19-04-2026, 10:26

Bu gün imtahan var

Meloni Azərbaycana gələcək
19-04-2026, 10:22

Meloni Azərbaycana gələcək

SEPAH Hörmüzü bağladı
19-04-2026, 10:16

SEPAH Hörmüzü bağladı

İsrail atəşkəsi pozdu
17-04-2026, 09:01

İsrail atəşkəsi pozdu

19 Kas 09:21Manşet / Gündəm / Siyasət

XİN: Parisin BƏM-in qərarı ilə bağlı bəyanatı yersiz və qəbuledilməzdir

 

Fransa Xarici İşlər Nazirliyinin Beynəlxalq Ədalət Məhkəməsinin 17 noyabr 2023-cü il tarixli qərarı ilə bağlı bəyanatı yersiz və qəbuledilməzdir.

Bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyinin (XİN) bəyanatında bildirilib:

“Ermənistanın qanunsuz müraciətlərinin əksəriyyətinin Məhkəmə tərəfindən rədd edilməsinə Fransanın əhəmiyyət verməməsi Azərbaycana qarşı ikili standartların və qərəzli münasibətin növbəti bariz nümunəsidir.

Bir ölkənin özünü ədalətin və asayişin ən böyük müdafiəçisi kimi təqdim etməklə yanaşı, Fransa ilə heç bir əlaqəsi olmayan məsələni yanlış şərh edib məhkəmənin işlərinə qarışması təəssüf doğurur.

Fransa özünün bədnam müstəmləkə siyasəti və o cümlədən nüvə sınaqları da daxil olmaqla, qeyri-qanuni hərəkətləri ilə bağlı məhkəmə qərarlarının icrasına diqqət yetirməlidir.

Fransadan fərqli olaraq, Azərbaycan beynəlxalq öhdəliklərinə ciddi yanaşır”.

Bizimlə əlaqə saxlayın