Gürcüstanla sərhədin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının - Yeni tərkibi
TƏBİB – insan sağlamlığına və vətəndaş məmnunluğuna xidmət edən mühüm səhiyyə qurumu
“SABAH.city”də AzTU-nun süni intellekt əsaslı mühəndislik təhlükəsizliyi mərkəzi yaradılacaq
“Kristal Abşeron” MTK-dan yenə də ŞİKAYƏT VAR! – Sakinlərin sualı cavabsız qalır – İDDİA
“Ekspertizalar qətlə yetirilmiş azərbaycanlıların işgəncələrə məruz qaldığını göstərir”
Edamdan sağ çıxan Krista bir həftə sonra özünə gəldi - İki ölümcül iynə onu öldürməmişdi
Doqquz milyon manatı mənimsəməkdə ittiham olunan MN-in Xidmət rəisinin məhkəməsi başlayır
Müdafiə Nazirliyinin tabeliyində olan Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin Maliyyə Xidməti rəisi, polkovnik Rəşad Məlikzadənin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
APA xəbər verir ki, təqsirləndirilən şəxs Rəşad Məlikzadə barəsində toplanan cinayət işi materialları baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilib.
Cinayət işi hakim Rafiq Abbasovun icraatına verilib.
Qeyd edək ki, Rəşad Məlikzadə barəsində həbs qətimkan tədbiri seçilməsi ilə bağlı istintaq orqanı tərəfindən vəsatət Bakı Hərbi Məhkəməsinə göndərilib.
Məhkəmə vəsatəti təmin edib və polkovnik barəsində dörd aylıq həbs qətimkan tədbiri seçilib.
Rəşad Məlikzadə Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdara mənimsəmə) maddəsi ilə ittiham olunur.
R.Məlikzadə doqquz milyon manata yaxın pul vəsaitini mənimsəməkdə ittiham olunur.






















































