Ömrünü elmə və səhiyyəyə həsr edən ziyalı xanım – Səlimova Ofeliya Miryusif qızının 80 illik yubileyi
Biləcəri qəsəbəsi 297 nömrəli orta məktəbin 10B sinif məzunlarının 50 illik yubileyi böyük sevinc və nostalji hisslərlə qeyd olundu
“Kinolardakı driftləri təkrarlamaq istəyirlər” - 16 yaşlılara hansı halda icazə var?
Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının təşəbbüsü ilə Tibb İşçilərinin Peşə Bayramına həsr olunmuş tədbir keçirilib
İlham Əliyev Bakıda İslam İnkişaf Bankı Qrupunun illik toplantılarının açılış mərasimində iştirak edib
İlham Əliyev Ərəb Koordinasiya Qrupuna daxil olan üzv qurumların rəhbər şəxslərini qəbul edib
Gəncənin Su Təchizatının İnkişafına və Əhalinin Rahatlığına Xidmət Edən Rəhbər – Şöhrəddin Verdiyev
Metronun “28 May” stansiyası yenidən qurulacaq: Yaşıl və qırmızı xətlər bir-birindən ayrılacaq
2040-cı ilədək “28 May” - “Cəfər Cabbarlı” keçid stansiyasında yaşıl və qırmızı xətlərinin bir-birindən ayrılması planlaşdırılır.
Bu, Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planında öz əksini tapıb.
Baş planda qeyd olunub ki, 2040-cı ilədək “28 May” stansiyasının yenidən qurulması daxil olmaqla metro xətləri şəbəkəsinin ümumi uzunluğunun hazırkı 36,6 km-dən 73,4 km-ə, stansiyaların sayının isə 25-dən 46-ya çatdırılması nəzərdə tutulur.
Baş planda “Bakı metropoliteni” QSC ilə bağlı əsas hədəflər də açıqlanıb.
Qeyd olunub ki, sistemdəki sərnişin sıxlığın aradan qaldırılması, tranzit təyinatlı inkişafın nəzərə alınması və təşviqi, şəbəkənin sürətlə inkişaf etdirilməsi, əhatə dairəsinin genişləndirilməsi əsas hədəflərdəndir.
Baş planın “Gələcək İnkişaf 2027” bəndində isə qeyd olunur ki, metronun əhatə dairəsinin genişləndirilməsi, bənövşəyi xətt üzrə “Xocəsən-Avtovağzal” hissəsinin, “B-03” və “B-04” stansiyalarının tikintisi, yaşıl (dairəvi) xətt üzrə “Dərnəgül” elektrik deposunun, “Y-03”, “Y-02” “Y-14” və “Y-15” stansiyalarının tikintisi, dairəvi metro şəbəkəsinin tamamlanması istiqamətində ilk addımların atılması, qazma avadanlıqlarının paralel istifadəsi ilə bütün tunellərin mümkün dərəcədə səmərəli (müstəqil, eyni zamanda) qaydada genişləndirilməsi, birinci yarım həlqəvi şəbəkənin qurulması istiqamətində zəruri addımların atılması nəzərdə tutulur.























































