Menu
Xəbər Lenti
Kiyevdə partlayışlar oldu
20-12-2024, 07:36

Kiyevdə partlayışlar oldu

Razyana çayının faydaları
18-12-2024, 06:36

Razyana çayının faydaları

18 Ock 08:18Manşet / Gündəm

Sumqayıtda yataqxanadakı yanğının miqyası AÇIQLANDI

 

Fövqəladə Hallar Nazirliyi Sumqayıt şəhəri, 22-ci məhəllədə yerləşən Sumqayıt Dövlət Texniki Kollecinin korpusunda baş verən yanğınla bağlı məlumat yayıb. 

Qurumdan verilən məlumata görə, yanğın nəticəsində hər mərtəbəsi 512 kvadratmetr olmaqla ümumi sahəsi 1024 kvadratmetr olan ikimərtəbəli binanın 2-ci mərtəbəsində altı otağın yanar konstruksiyaları 200 kvadratmetr sahədə və dam örtüyünün yanar konstruksiyaları yanıb.

Binanın böyük hissəsi, bitişik olan korpusu və yaxınlıqdakı evlər yanğından mühafizə olunub.

Təhlükəsizlik tədbirləri çərçivəsində 8 nəfər sakinin təxliyəsi həyata keçirilib.

01:16

Sumqayıt şəhəri, 22-ci məhəllədə yerləşən yataqxana binasında baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən söndürülüb.

Bu barədə Oxu.Az-a FHN-in Mətbuat xidmətindən bildirilib.

01:10

Sumqayıt Dövlət Texniki Kollecin yataqxanasında başlayan yanğınla əlaqədar Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Stansiyasının dərhal 3 briqadası hadisə yerinə cəlb edilib.

Bu barədə Sumqayıt Tibb Mərkəzindən bildirilib.

1954-cü il təvəllüdlü şəxs (kişi cinsli) “Digər qazların toksiki təsiri” diaqnozu ilə orta ağır vəziyyətdə hospitalizasiya olunub. 1981-ci il təvəllüdlü (kişi cinsli) və 1961 -ci il təvəllüdlü (qadın cinsli) şəxslərə “Digər qazların toksiki təsiri” diaqnozu ilə yerində yardım olunub. Durumları kafidir.

İki qadına isə “Stresə qarşı kəskin reaksiya” diaqnozu ilə yerində yardım olunub.

Briqadalar hazırda hadisə yerindədir.

Qeyd edək ki, yanğın söndürülüb. Həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yanğının binanın ikinci korpusuna keçməsinin qarşısı alınıb. FHN-in qüvvələri tərəfindən təhlükəsizlik tədbirləri çərçivəsində bina sakinlərinin təxliyəsi həyata keçirilib.

Eyni zamanda yanğına əlaqədar polis əməkdaşları əraziyə cəlb edilib.

Ərazi mühafizəyə götürülməklə təhlükəsizlik tədbirləri görülüb.

01:04

Sumqayıt şəhəri, 22-ci məhəllədə yerləşən yataqxana binasında baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin (FHN) qüvvələri tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində məhdudlaşdırılıb.

Bu barədə Oxu.Az-a FHN-in Mətbuat Xidmətindən bildirilib.

Hazırda yanğının tam söndürülməsi istiqamətində əməliyyat davam etdirilir. 

00:59

Sumqayıt şəhəri, 22-ci məhəllədə yerləşən yataqxana binasında baş vermiş yanğın zamanı dörd nəfər tüstüdən zəhərlənib.

Bu barədə “Report”un hadisə yerində olan əməkdaşı xəbər verir.

Zərərçəkənlərə tibbi yardım göstərilib.

Qeyd edək ki, yanğınla mübarizə tədbirləri davam etdirilir. Həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yanğının binanın ikinci korpusuna keçməsinin qarşısı alınıb. FHN-in qüvvələri tərəfindən təhlükəsizlik tədbirləri çərçivəsində bina sakinlərinin təxliyəsi həyata keçirilib.

Eyni zamanda yanğına əlaqədar polis əməkdaşları əraziyə cəlb edilib. Ərazi mühafizəyə götürülməklə təhlükəsizlik tədbirləri görülür.

00:41

“Yataqxanada 20-30 ailə yaşayırdı”.

Bu barədə Oxu.Az-ın hadisə yerində olan əməkdaşına ətrafdakı sakinlər məlumat verib.

İlkin məlumata görə, iki mərtəbəli yataqxananın ikinci mərtəbəsinin böyük hissəsi yanıb.

Yanğının məhdudlaşdırılması istiqamətində işlər davam etdirilir.

Könül Cəfərli

00:25

Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən Sumqayıt şəhəri, 22-ci məhəllədə yerləşən yataqxana binasında baş vermiş yanğınla mübarizə tədbirləri davam etdirilir.

Nazirlikdən verilən məlumata görə, həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yanğının binanın ikinci korpusuna keçməsinin qarşısı alınıb.

FHN qüvvələri tərəfindən təhlükəsizlik tədbirləri çərçivəsində bina sakinlərinin təxliyəsi həyata keçirilib.

“Azəriqaz” İstehsalat Birliyinin sözçüsü Eldəniz Vəliyev bildirib ki, yataqxana tipli bu bina qazlaşmayıb:

“Təhlükəsizlik tədbirləri çərçivəsində hadisə yerinə yaxın ərazilərin qaz təchizatı müvəqqəti olaraq dayandırılıb. Hadisənin baş vermə səbəbini hüquq mühafizə orqanlarının istintaqından sonra hamımız biləcəyik”.

17.01.2024, 23:58

Sumqayıt şəhəri, 22-ci məhəllədə yerləşən yataqxana binasında baş verən yanğın zamanı bir neçə nəfər tüstüdən zəhərlənib.

“Report”un xəbərinə görə, əraziyə FHN Dövlət Yanğından Mühafizə Xidməti və Sumqayıt Regional Mərkəzinin qüvvələri və təcili yardım cəlb olunub.

Daxili İşlər Nazirliyindən (DİN) verilən məlumata görə, yataqxana binasında baş verən yanğınla əlaqədar polis əməkdaşları əraziyə cəlb ediliblər.

Ərazi mühafizəyə götürülməklə təhlükəsizlik tədbirləri görülür.

Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.

17.01.2024, 23:46

Sumqayıt Dövlət Texniki Kollecin binasında baş verən yanğınla bağlı açıqlama verilib.

Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat yayıb.

Bildirilib ki, qurumun “112” qaynar telefon xəttinə Sumqayıt şəhəri, 22-ci məhəllədə yerləşən yataqxana binasında yanğın baş verməsi barədə ilkin məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal əraziyə FHN Dövlət Yanğından Mühafizə Xidməti və Sumqayıt Regional Mərkəzinin qüvvələri cəlb olunub.

Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.

17.01.2024, 23:24

Sumqayıt Dövlət Texniki Kollecin binasında yanğın baş verib.

Oxu.Az xəbər verir ki, inzibati bina yataqxana kimi də fəalliyyət göstərir. Belə ki, binanın üst mərtəbəsində tələbələrdən əlavə məcburi köçkünlər də orada qalırlar.

Həmin görüntüləri təqdim edirik:

 

Bizimlə əlaqə saxlayın