“Azərbaycan azsaylı dövlətlərdəndir ki, uzaqgörən və qətiyyətli siyasi liderə malikdir” - Təmraz Tağıyev
Saraydan sonrakı həyat: Harri və Meqan xərcləri azaltmaq üçün əməkdaşları işdən çıxarırlar
Vətən müharibəsindən sağ qayıtsa da, bir iynənin qurbanı oldu - Sübhanın ölümündə günahkar kimdir?
Klublararası dünya çempionatında son finalçı bəlli olur: PSJ "Real Madrid"lə üz-üzə
Paşinyan keşişlərə qarşı hərəkatı öz üzərinə götürdü: "Kilsə əxlaqsız qrup tərəfindən ələ keçirilib"
Füzuli Rayon İcra Hakimiyyəti sosial şəbəkələrdə “troll”arından istifadə edir? FAKT/FOTO
Qobustanda 24 yaşlı gəlinini öldürməkdə şübhəli bilinən şəxs MÜƏLLİM İMİŞ - ŞOK TƏFƏRRÜAT
İsrail səfirliyi: “Qarşımızda antisemitizmlə mübarizə öhdəliyi olmalıdır”
Qarşımızda antisemitizmlə mübarizə öhdəliyi olmalıdır.
Bu barədə İsrailin Azərbaycandakı səfirliyinin “X” hesabında Holokost faciəsinin növbəti ildönümü ilə bağlı yazılıb.
“Bu gün, Holokostla bağlı anım günündə biz nasistlər tərəfindən qətlə yetirilən 6.000.000 yəhudi kişi, qadın və uşağın xatirəsini yad edirik. Bütün ailələr bir səbəbdən məhv edildi: onlar yəhudi idilər”, - paylaşımda bildirilib.
Qeyd edək ki, Holokost İkinci Dünya müharibəsi dövründə Avropada yəhudilərə qarşı törədilmiş soyqırımıdır. 1941-ci ildən 1945-ci ilədək nasist Almaniyası işğal olunan ərazilərdə sistematik olaraq 6 milyona yaxın yəhudini qətlə yetirib.
BMT Baş Assambleyasının 2005-ci il 1 noyabr tarixli qətnaməsinə əsasən, hər il yanvarın 27-si Holokost Qurbanlarının Anım Günü kimi qeyd olunur.