Menu
Xəbər Lenti
“Sabah”ın oyunu var
28-07-2026, 10:01

“Sabah”ın oyunu var

“Azeri Light” ucuzlaşdı
28-07-2026, 09:30

“Azeri Light” ucuzlaşdı

Çində iki zəlzələ oldu
28-07-2026, 09:26

Çində iki zəlzələ oldu

Güclü külək əsir
27-07-2026, 09:36

Güclü külək əsir

Əsl dəniz havasıdır!
25-07-2026, 09:51

Əsl dəniz havasıdır!

O, bir dərya idi
24-07-2026, 15:06

O, bir dərya idi

01 Şub 08:21Manşet / İqtisadiyyat

Azərbaycanda “Malların risk qruplarının təyin edilməsi meyarları” təsdiqlənib

 

Nazirlər Kabineti “Malların risk qruplarının təyin edilməsi meyarları”nı təsdiq edib.

Bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

Qərarla malların risk qrupları maldan yarana biləcək təhlükələr nəzərə alınmaqla, aşağıdakı meyarlar əsasında təyin ediləcək:

- mexaniki təhlükə;

- boğulma təhlükəsi;

- elektrik cərəyanının vurma təhlükəsi;

- istilik və ya yanğın təhlükəsi;

- yanığa səbəb ola biləcək termal təhlükə;

- kimyəvi təhlükə;

- mikrobioloji təhlükə;

- səs və ultrasəs təzyiqi nəticəsində yarana biləcək təhlükə;

- radiasiya təhlükəsi;

- partlayış təhlükəsi;

- malın növündən (funksional təyinatından) asılı olaraq yarana biləcək təhlükə;

- maye təzyiqi nəticəsində yarana biləcək təhlükə;

- lazer mənbələrindən yarana biləcək təhlükə;

- emal texnologiyalarının son istifadə müddəti;

- malın son istifadə müddəti;

- təhlükənin zərər vura biləcəyi obyektlər;

- obyektlərə vurula biləcək zərərin təsviri;

- zədə ssenarisi.

Meyarların tətbiqi zamanı aşağıdakılar nəzərə alınır:

- malın yarada biləcəyi təhlükə ilə bağlı elmi-texniki məlumatlar;

- həssas istehlakçı qrupları nəzərə alınmaqla, maldan yarana biləcək təhlükənin ağırlıq dərəcəsi;

- maldan yarana biləcək təhlükə barədə dövlət orqanlarından (qurumlarından), bələdiyyələrdən, fiziki və hüquqi şəxslərdən daxil olan məlumatlar;

- malın qablaşdırılmasından yarana biləcək təhlükə;

- qanunun 18.2-ci maddəsinə uyğun olaraq, texniki reqlamentlər qüvvəyə minənədək həmin reqlamentlərin əhatə etdiyi mallara dair standartların, həmçinin uyğunluğun qiymətləndirilməsi ilə bağlı müddəaları müəyyən edən normativ hüquqi aktların tələbləri.