Türkiyə Uluslararası Elmlər Akademiyasının fəxri professoru, hüquq elmləri üzrə fəlsəfə doktoru və tanınmış şair Raqif Nazimoğlunun təqdimatında
QHT sədri İmişli rayonunda 70 aztəminatlı ailənin uşaqlarına məktəb geyimləri və ləvazimatlarə təqdim edib
Ceyhun Bayramov Türkiyədə görüşlər keçirir - YENİLƏNİR
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkiyədə Müqəddəs Taxt-Tacın xarici dövlətlərlə əlaqələr üzrə katibi arxiyepiskop Pol Riçard Qallagerlər görüşüb.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat verib.
Qeyd olunub ki, tərəflər birgə əməkdaşlıq gündəliyini, o cümlədən Azərbaycan-Ermənistan normallaşma məsələsini müzakirə ediblər.
11:11
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Türkiyədə ATƏT-in Baş katibi Helqa-Mariya Şmidlə görüşüb.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Tərəflər Antalya Diplomatiya Forumu çərçivəsində bir araya gəliblər. Onlar Azərbaycan-ATƏT əməkdaşlığını müzakirə ediblər.
Həmçinin, Ceyhun Bayramov diqqətə çatdırıb ki, Ermənistan sülh və normallaşma prosesinə daha çox xələl gətirməmək üçün qızışdırıcı ifadələr və bəyanatlar verməkdən çəkinməlidir.






















































