Menu
Xəbər Lenti
Evində yıxılıb öldü
19-08-2025, 11:26

Evində yıxılıb öldü

Zelenski Vaşinqtondadır
18-08-2025, 09:39

Zelenski Vaşinqtondadır

33 il tədavüldə...
15-08-2025, 10:01

33 il tədavüldə...

04 Mrt 08:28Manşet / Gündəm

Əli Əsədovdan qida təhlükəsizliyi ilə bağlı qərar

 

“Qida təhlükəsizliyinə risk əsaslı dövlət nəzarətinin aparılması Qaydası” təsdiqlənib.

Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərarda məhsulun daşıdığı riskin səviyyəsi nəzərə alınmaqla qida zəncirinin bütün mərhələlərində qida təhlükəsizliyinə risk əsaslı dövlət nəzarətinin aparılması qaydalarının müəyyən edilməsi nəzərdə tutulur.

Qərarın qəbul ilə qida məhsulları, qida məhsullarının ilkin istehsalı, istehsalı, emalı, dövriyyəsi, utilizasiyası və məhv edilməsinə, habelə qida məhsulları ilə təmasda olan material və məmulatlar, qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalı və emalına, həmçinin yem məhsulları, o cümlədən qida məhsulları əldə edilən və qida məhsulları əldə edilməyən heyvanlar üçün nəzərdə tutulan yem məhsulları, yem məhsullarının ilkin istehsalı, istehsalı, emalı, dövriyyəsi, utilizasiyası və məhv edilməsi mərhələlərinə dövlət nəzarətinin aparılmasına imkan yaranacaq.