Xəbər Lenti
2-07-2026, 10:19
“Bölgədə Azərbaycan vektorlu yeni reallıqların formalaşması bunun əyani nümunəsidir”
1-07-2026, 11:25
Abşeronda "Uşaq və gənclərin internetdən düzgün istifadəsində milli və mənəvi təbliğatın rolu" mövzusunda tədbir keçirilib
1-07-2026, 11:16
Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov Mərhəmət Lələyevi qəbul edib
30-06-2026, 11:43
“Cəmil Həsənli və onun kimi düşünənlərin səlahiyyəti olsaydı, repressiya tətbiq edərdilər”
ABŞ ordusu süni intellektlə idarə olunan PUA-larla təchiz olunacaq
ABŞ Hərbi Hava Qüvvələri (HHQ) köhnə qırıcı və bombardmançı təyyarə flotunu daha müasir və daha ucuz, həmçinin süni intellektlə təchiz edilmiş pilotsuz analoqları ilə əvəz etmək üçün proqram hazırlamağa başlayıb.
Qeyd olunur ki, hərbçilər bu addımı pilotların idarə etdiyi klassik hərbi təyyarələrin yaradılması və hava donanmasını gücləndirmək üçün artan xərclərə görə atıblar.
Verilən məlumata görə, ABŞ ordusu növbəti beş ildə bir neçə yüz də daxil olmaqla ən azı min pilotsuz qırıcıya sahib olacağına ümid edir.
Hava donanmasının yenilənməsi proqramı “Collaborative Combat Aircraft” (CCA) adlanır və hazırkı mərhələdə altı milyard dollar dəyərində qiymətləndirilir.
Mənbə: The Washington Post




















































