Xətai rayonunda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə tədbir keçirilib
Ulu Öndər Heydər Əliyevin 103-cü ildönümü: Azərbaycanın Dövlətçilik Tarixində Ölməz İrs və Lənkəran Rayonunda İnkişafın Davamlı Təzahürü
“İranla uzun ümumi tarixə malik ölkənin Prezidentinin fikrini dinləmək çox maraqlı oldu”
Bakı Su Həftəsi işə başlayıb
Bu gün Azərbaycanda ilk dəfə Bakı Su Həftəsi işə başlayıb.
“Report” xəbər verir ki, bununla əlaqədar paytaxtda bütün dünyada mühüm və prioritet sahələrdən biri olan su təsərrüfatı üzrə Beynəlxalq Su Təsərrüfatı sərgisi və konfransı keçirilir.
Tədbir Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin dəstəyi ilə təşkil edilib. Məqsəd bu sahənin ölkədə bundan sonrakı inkişafı, mövcud çətinliklər və həll yollarının müzakirəsi, maraqlı tərəflər üçün yeni fürsətləri əlçatan etməkdir.
Bakı Su Həftəsinin təşkil edilməsində isə məqsəd Azərbaycanda bu sahənin daha da inkişaf etdirilməsi üçün ölkəyə yeni texnologiya, avadanlıq və investisiyaların cəlb edilməsi, eləcə də Qarabağın bərpası və yenidən qurulması yönündə içməli su təminatının gücləndirilməsi, bununla bağlı vacib məsələlərin, yeni layihələrin və əməkdaşlıqların müzakirəsidir.
Bakı Su Həftəsində 16 ölkədən 90-a yaxın şirkət iştirak edir. İştirakçı şirkətlərin təmsil etdiyi ölkələr sırasına Azərbaycanla yanaşı, ABŞ, Böyük Britaniya, Almaniya, Avstriya, Belçika, Çexiya, Danimarka, İsveçrə, Avstraliya, Belarus, Gürcüstan, İsrail, Qazaxıstan, Türkiyə və Rusiya daxildir.























































