“Ölkəmizə qarşı aparılan ideoloji təxribatlarla mübarizə hər birimizin vəzifəsidir”
Şəfəq Ağacan-Babam Ağabala müəllimlə bağlı uşaqlıq xatirələrimdən
Babam Ağabala müəllimlə bağlı uşaqlıq xatirələrimdən
1-ci hissə
Rəhmətlik babam mənə Hüseyn Cavidin "Qız məktəbində" şeirini və o vaxt makinada yazılmış( kitabda yox idi ) B.Vahabzadənin "Gülüstan "poemasından da səkkiz - doqquz bənd əzəbərlətmişdi.
Mən bu şeirləri deyəndə , rəhmətlik az qalırdı qanad açıb uçsun . Bütün nəsil-şəcərəyə bu şeiri eşitməkdən ötrü babamgilin qapısına yığışardı.
Özümü səhnədəki kimi hiss edirdim. Məni bu şeirlərə görə o qədər tərifləyirdilər ki,elə bilirdim harda bu şeiri desəm mənə ancaq alqış gələcək.
Həmyaşıdlarım "Xoruz" şeirini güclə deyirdi, mən babaların şan- şöhrətinin bizə əmanət olduğı,bu əmanətin düzgün qoruya bilməməyimizdən ,rusla, farsın vətənimizi necə bölməyindən danışırdım.
1984-cü il ...
Sovetin ən gözəl çağları ...
Müəlliməm sinifdən xaric oxu üçün sərbəst oxu tapşırmışdı. Mən də ertəsi gün löhvənin önündə "Gülüstan"dan başladım," Qız məktəbində" bitirdim. And olsun pir olmuş babamın ruhuna şeiri demirdim. Yaşayırdım. "Qız məktəbində " isə dönüb olurdum Cavidin yaratdığı Gülbahar...
— Quzum, yavrum! Adın nədir?
— Gülbahar.
— Pəki, sənin anan, baban varmı?
— Var.
— Nasıl, zənginmidir baban?
— Əvət, zəngin, bəyzadə...
— Öylə isə, geydiyin geyim neçin böylə sadə?
Yoxmu sənin incilərin, altun bilərziklərin?
Söylə, yavrum! Heç sıxılma...
— Var əfəndim, var... lakin
Müəlliməm hər iki şeiri sonacan diqqətlə dinləsə də alqışlamadı. Amma löhvənin qarışısında başımı sığallayaraq dedi ki, Şəfəq , mənim ağıllı balam ,bu şeiri ancaq babanın yanında demək olar. Sinifdən xaric oxu, yaxud tədbirlərdə bu şeirləri söyləməyi qadağan edirəm. Gündəliyimə qiymət belə yazmadı.
O vaxt ilk şikayət məktubumu müəlliməmdən babama yazmışdım..Hələ nələr baş verdi ,nələr. Sağlıq olsun . Həmin məktubdan da danışacam...
Müəlliməyə qürurla demişdim ki,şeiri babam öyrədib...
- Gözümün düz içinə baxıb susdu....
- Bəlkə də mənim cəsarətimdən utanıb susdu...
- Ardı var....14:37:18