Bakı dünya miqyasında mühüm məsələlərin həlli üçün aparıcı dialoq mərkəzinə çevrilir
HƏP İdarə Heyətinin iclasında Prezident İlham Əliyevin siyasi kursunun uğurları geniş müzakirə edildi
23 may 2026-ci il tarixində "Unikal Xaricdə Təhsil və Hüquqi Konsaltinq Agentliyi"nin təşkilatçılığı ilə “Unikal Xaricdə Təhsil Forumu - 2026” keçirildi.
İspaniyada polislə “Sumud flotiliyası”nın fəalları arasında toqquşma - Saxlanılanlar var
İsmayıl Zalovun European Parliamentdə çıxışı iştirakçılar tərəfindən böyük maraq və yüksək qiymətləndirmə ilə qarşılanmışdır.
Şahdağa 20 santimetr hündürlüyündə qar yağdı - FAKTİKİ HAVA
Hazırda ölkə ərazisində müşahidə edilən faktiki hava açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətinin aprelin 10-u saat 09:00-a olan məlumatına əsasən ölkə ərazisində hava şəraiti arabir yağıntılı olub.
Qar örtüyünün hündürlüyü Şahdağda 20 sm olub.
Düşən yağıntının miqdarı Naxçıvanda 12 mm, Şərurda 11 mm, Şahbuzda 7 mm, Ordubad, Sədərəkdə 5 mm, Culfada 2 mm, Yevlax, Göygöl və Bakıda və Abşeron yarımadasında isə 1 mm-dək olub.
Maştağa, Binə, Neft Daşları, Pirallahı, Çilov adası, Daşkəsən, Göygöl, Şəmkir, Qax, Balakən, Şəki, Qrız, Yevlax, Göyçay, Cəfərxan, Lerikdə duman müşahidə olunub. Dumanda görünüş 50-200 metrədək məhdudlaşıb.
Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 21 dərəcəyədək, Naxçıvan MR-da 19 dərəcəyədək, Aran rayonlarında 18-22 dərəcəyədək, dağlıq rayonlarda 13-16 dərəcə isti olub.






















































