Xəbər Lenti
2-07-2026, 10:19
“Bölgədə Azərbaycan vektorlu yeni reallıqların formalaşması bunun əyani nümunəsidir”
1-07-2026, 11:25
Abşeronda "Uşaq və gənclərin internetdən düzgün istifadəsində milli və mənəvi təbliğatın rolu" mövzusunda tədbir keçirilib
1-07-2026, 11:16
Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov Mərhəmət Lələyevi qəbul edib
30-06-2026, 11:43
“Cəmil Həsənli və onun kimi düşünənlərin səlahiyyəti olsaydı, repressiya tətbiq edərdilər”
Əfv sərəncamı kimlərə şamil olunacaq?
"Aprel ayının 3-də Prezident Yanında Əfv Məsələləri Komissiyası öz iclasına başladı. İlk iclasda 100-dən artıq müraciətə baxıldı. Müvafiq rəylərin hazırlanması barədə qərarlar qəbul edildi”.
Bunu Əfv Komissiyasının üzvü Əliməmməd Nuriyev deyib.
"Əfvdən kənarda hər hansı bir şəxs qalmır. İstənilən məhkum müraciət etdikdə onun əfvə düşmə ehtimalı var. Amma hər şeydən əvvəl bir sıra meyarlar var ki, bir qayda olaraq onlara əməl edilir.
Söhbət edilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi, şəxsin əvvəllər cinayət edib-etməməsi məsələsi, zərərçəkmişin mövqeyi, dəymiş ziyanın ödənilməsi, ailə vəziyyəti və s. kimi amillərdən gedir. Bütün bunlar rəylərin hazırlanması zamanı diqqətə alınır”, - o bildirib.
Daha ətraflı Baku TV-nin süjetində:




















































