Xəbər Lenti
28-10-2026, 06:37
Xəstələrə iynə vuraraq yatırdıb, ölüm saatlarını dəyişdirib - “Güllü”nün qızı ilə bağlı şok iddialar
27-10-2026, 06:44
Seçkidə uduzduqdan sonra pasportları əlindən alındı - Ölkədən çıxışı qadağan edildi
Türkiyə Şuşada qurduğu seysmoloji stansiyanı Azərbaycana hədiyyə edib
“Şuşada seysmoloji stansiyanın qurulması ilə bağlı işlər başa çatıb. Orada abadlıq işləri və stansiyanın quraşdırılması işi qalıb”.
Oxu.Az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli deyib.
O bildirib ki, bu stansiya Türkiyənin AFAD qurumu tərəfindən bizə hədiyyə edilib.
“Bu, Azərbaycanda 4-cü quyudibi stansiya olacaq. 100 metr dərinliyində yerləşəcək. Bütün azad edilmiş ərazilərdə kompleks tədqiqatlar aparacağıq”.
O qeyd edib ki, növbəti quyudibi stansiya Cəbrayılda tikilməlidir.
Nəzrin Vahid






















































