Xəbər Lenti
30-05-2025, 10:53
“Vətən müharibəsi tarixi. Azərbaycanın ərazi bütövlüyünün bərpası – Şəxsiyyət faktoru” kitabı rus dilində çap edilib. AZ/RUS
29-05-2025, 14:38
25 May 2025-ci il tarixində Daşkəsən şəhər Səməd Vurğun adına 4 N-li Orta məktəbin XV-ci buraxılış məzunlarının 50 illik Yubiley görüşü keçirildi.
28-05-2025, 09:43
Minifutbol üzrə dünya çempionatı: Dörddəbir finala yüksələn digər komandalar bəlli olacaq
Azərbaycan XİN Türkiyəyə başsağlığı verdi
Azərbaycan Xarici İşlər Nazirliyi Türkiyənin Mersin şəhərində çoxsaylı insan tələfatı ilə nəticələnən yol qəzası ilə əlaqədar başsağlığı verib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Azərbaycan XİN-in “X” hesabında paylaşım edilib.
“Mersin magistral yolunda çoxsaylı insanın vəfat etməsi və yaralanması ilə nəticələnən qəza xəbəri bizi dərindən kədərləndirdi. Qəzada həlak olan insanlara Allahdan rəhmət, yaralılara şəfa diləyirik”, - paylaşımda bildirilir.
Qeyd edək ki, hadisə ötən gün Tarsus rayonu, Yenice qovşağı ərazisində magistral yolda baş verib. Sərnişin avtobusu yoldan çıxaraq 2 minik avtomobili və 1 yük maşını ilə toqquşub. Qəzada 10 nəfər ölüb, 39 nəfər yaralanıb.